“Artsaxda” vəziyyət partlayış həddinə çatıb" “HRAPARAK”

“Artsaxda” vəziyyət partlayış həddinə çatıb" “HRAPARAK”

Ermənistanın aparıcı KİV-lərindən hesab edilən “Hraparak” qəzetinin yazdığına görə, “siyasi güclər” Araik Arutunyana olan etimadın sürətlə aşağı düşməsi səbəbilə “daxili siyasi” böhrandan çıxmaq üçün müzakirələrə başlayıblar.

“Artsaxda yaranmış situasiyada Araik Arutunyanla eyni səviyyədə Nikol Paşinyan da ittiham olunur”, deyə yazan “Hraparak” əlavə edir ki, birinci mərhələdə fəal şəkildə “güc strukturları” rəhbərlərinin istefaları müzakirə edilir. SİTAT: “Bizə xəbər veriblər ki, Araik Arutunyanın “prezident” vəzifəsində qalması böyük şübhə altındadır. Bununla yanaşı, indi “milli barışıq hökuməti” ətrafında Araik Arutunyanın rıçaqlarının əhəmiyyətli dərəcədə azaldılması ətrafında müzakirələr aparılır. Araik Arutunyanın istefası və təcrid edilməsi tələbini Daşnaksyutun təmsilçisi Vitali Balasanyan, həmçinin “vətəndaş” təşəbbüs qrupları irəli sürürlər”.

O da iddia edilir ki, bir müddət əvvəl Araik Arutunyanın döyüş vaxtları Paşinyana zəng edərək, 10 gün hərbi dəstək göstərməsini istəməsi, həmin dəstəyin gəlməməsi ətrafındakı telefon danışığının da məhz Arutunyan tərəfindən yayılıb. Buna səbəb kimi Arutunyan həmin vasitə ilə özünə qarşı narazılıq dalğasının artmasını yüngülləşdirməsi cəhdi göstərilir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə