Artıq heç kim, züsusən də Ermənistan vətəndaşları üçün sirr deyil ki, 44 günlük müharibə zamanı Paşinyan hakimiyyəti yalnız yalan xəbərlər yayıb. Bunu mövcud hakimiyyət rəsmən etiraf da edib. Hətta, ermənilərin hərbi mütəxəssisləri vurğulayırlar ki, belə yalanlar Ermənistan üçün adi haldır. Məsələn, Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin keçmiş rəisi Movses Akobyan 19 noyabr tarixində “Hayeli” klubunda keçirdiyi mətbuat konfransında rəsmən etiraf edib ki, onlar üçün 30% yalan qəbulolunandır, amma bu 44 gün ərzində isə Nikolun komandası xalqa yüz faiz yalan xəbərlər verib.
Bəli, etirafdan da göründüyü kimi, Paşinyan hakimiyyəti erməni xalqını müharibə müddətində tam şəkildə aldadıb. Bu hakimiyyət öz xalqını yalnız yalanlarla bəsləyib. Nikolun hakimiyyəti erməni xalqından məğlubiyyəti gizlədib, özü də bir-birinin ardınca. Həqiqəti gizlədərək, yalandan zəfərli xəbərlər verilib erməni xalqına ki, küçə nümayişçisinin uğursuzluqları ört-basdır edilsin.
Məsələ burasındadır ki, bu qədər yalançılığın, yanlışlığın, xalqı aldatmanın fonunda, bir neçə gündür Nikol Paşinyan hakimiyyəti Ermənistada media terroru anlayışını utanmadan ortaya atıb. Müxtəlif dövlət məmurları, eləcə də Nikol Paşinyan özü bəzi dairələrin onlara qarşı media terroru apardıqlarını, cəmiyyətdə çaxnaşma və narahatlıq yaratdığını iddia edirlər. İddia edirlər ki, hakimiyyəti ələ keçirmək üçün cəmiyyəti iqtidara qarşı təhrik edirlər və bununla da vəziyyəti daha da qarışdıran yalan şayələr yayaraq, durumu çətinləşdirirlər.
Əlbətdə ki, bu cür alçalma yalnız Ermənistan hökumətinin, məhz Paşinyan komandasının ağlına gələ bilərdi. Hakimiyyət itgisi qorxusu ilə yaşayan Paşinyanın, onun məmurlarının kompleks keçirdikləri bəlli məsələ idi, amma bu qədər qorxu içində olmaları mahiyyətlərini daha açıq şəkildə ortaya qoyur. Bu ifadələr, yəni baş nazir komandasının media terror barədə, aranın qarışdırılması haqda ifadələri əslində, müharibə dövründə hökuməti itirməmək üçün yalan söylədiklərini, Qarabağın və Ermənistan dövlətinin maraqlarına əhəmiyyət vermədiklərini aydın formada sübut edir. Əldə olan faktlar var. İndi gəlin görək cəmiyyəti kimlər qorxudur? Görək kimlər təhlükəlidir və terroru törədn kimdir? Özləri, yoxsa ittiham etdikləri və ehyam vurduqları müxalifət dairələri.
Dünəndən bəri, erməni tərəfində 100-dən çox yeni məhbusun olduğu bildirilir. Dünyaya demokratiya dərsi keçmək iddiasında olanlar meydanlarda nümayişçilərə zor tətbiq etmələri az imiş kimi, hələ bir onları həbs edib azadlıqlarından da məhrum edirlər. Bir zaman, daha dəqiq desək ikicə il yarım bundan öncə meydanlarda, küçələrdə kütləyə qoşulan, kütlənin hesabına tanınan və hakimiyyəti qamarlayan Paşinyan indi niyə həmin kütləyə qənim kəsilib? Bu avantürist deyildimi həmin o küçə və meydanlarda xalq adından çıxış edən və kütlənin maraqlarını guya təmsil edən? İndi nə oldu və nə dəyişdi? Deməli, məsələ Nikolun özü ilə əlaqəli olanda kütlə də, xalq da, demokratiya da, söz azadlığı da mahiyyətini itirir və heçə tay olur. Bu, Ermənistanın lovğalandığı dırnaqarası demokratiyadır. Bu məhz Paşinyanın gətirdiyi dırnaqarası söz, ifadə azadlığıdır ki, özünün maraqları ilə toqquşduqda tamamilə yararsız, lazımsız hesab olunur. Hətta bu hakimiyyət utanmadan bunu media terror da adlandırmağa qalxır.
Əsirlərin, ölənlərin, itigin düşənlərin sayının durmadan artması, statistik göstəricilərdə dəyişikliklər, artımlar təsdiq edir ki, hələ də Ermənistan hakimiyyəti özü informasiya terroru tətbiq edir öz xalqına qarşı. Bununla belə, müxalifət ittiham olunur media terrorunda və görünür bu da Nikol hakimiyyətinin məsuliyyəti öz üzərindən atması, ələlxüsus da diqqəti yayındırması cəhdidir.
Yeni məhbuslara, əsirlərə gəlincə, Müdafiə Nazirliyinin təmsil etdiyi hökumət, Ermənistan hökuməti sadəcə cəmiyyəti ələ salır. Hələ də işğalçı ölkə vətəndaşları itgin düşən, əsir götürülənlər barədə bircə məlumat belə almağa müyəssər olmayıb. Müharibə məğlubiyyətlərinin ardınca Ermənistan hakimiyyəti, eləcə də Müdafiə Nazirliyi özladından, yaxınlarından xəbər gözləyənlərin iztirablarını hesaba belə almır. Bu qədərmi çətindir məlumat əldə etmək və onu ötürmək. Yaxud, vətəndaşlarının, özü də yaxınlarını döyüşə göndərib itgisi ilə üzləşən vətəndaşlarının faciəsi bu qədər maraqsızdırmı bu hakimiyyətə? Öz yaxınlarını itirmiş, barəsində heç bir məlumatı olmayan, lakin bilmək arzusunda olanlar xarici dövlətlərə, dövlət başçılarına kömək üçün yalvarırlar. Bu fakt əslində Ermənistanın mövcud hakimiyyətinin mahiyyətini ortaya qoyur və dəyərsizliyini, lazımsızlığını təsdiq edir.
İndi yaxşı-yaxşı fikirləşsinlər görək, terroru kim həyata keçirir? Bu terroru, yəni media terrorunu erməni cəmiyyəti, onun müxalifəti həyata keçirir yoxsa elə paşinyanın özü və ətrafı? Cavab çox sadədir və indi hər kəs yaxşı başa düşür ki, öz yaxınlarını yalan məlumatlar, yalan xəbərlər verildiyindən itirənlər məhz terrora məruz qalıblar. Ölüm sayının miqyasının dəfələrlə məhz bu səbəbə görə, yalan xəbərlərə görə şişməsindən tutmuş, mövcud itgilərə qədər hər bir çatışmazlıq məhz Ermənistan hökumətinin, paşinyan hakimiyyətinin törətdiyi terrorun məntiqi nəticəsidir. Məhz bu məqamları dərk edən kütlə artıq Nikola, onun dediklərinə inanmır. Ümumiyyətlə, ona indi heç kim inanmır və bunu kimdənsə gözləmək də sadəlövhlük olardı. Daha dəqiq desək, artıq heç kim də Nikol Paşinyanı, onun komandasını ciddi qəbul etmir və cəmiyyət üçün ən böyük terorçu elə onlar özləri hesab olunurlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB