Paşinyana kim qadağa qoydu?

"Hər həftə Yerablur hərbi panteonunu ziyarət etmək artıq ailəmizdə bir qanun halına gəlib, amma indi ora getməkdən qorxuram və orada oğullarının məzarı üzərində uzanan valideyinləri görəndə sadəcə öz qəbrlərim barədə unuduram." SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında iki oğlu müharibədə şəhid olan qadın deyib.

Qadın Yerablur hərbi panteonunun onlar üçün müqəddəs bir yer olduğunu qeyd edib.
“Sən öz atdığın addımınla övladlarımızın məzarlarını ləkələyirsən. Heç olmasa bu yeri təmiz və müqəddəs saxla ki, çirkli ayağının Yerablura girmədiyini söyləyə bilək. Oraya qətiyyən gəlmə”, dedi oğullarını itirən qadın baş nazirə ünvanlanaraq bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə