Sabah Ümumdünya Metrologiya günüdür

Sabah Ümumdünya Metrologiya günüdür
YUNESKO-nun qərarı ilə 20 may - Ümumdünya Metrologiya günü kimi qeyd olunur. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsini mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu günün tarixi 1875-ci ilin 20 mayından - Parisdə Beynəlxalq Diplomatik Konfransda 17 inkişaf etmiş ölkənin hökümət nümayəndələrinin məşhur Metrik Konvensiyanı imzalamaqla başlayıb.


Konvensiyaya uyğun olaraq Beynəlxalq Kəmiyyət Ölçüləri və Çəkiləri Bürosu (BKÖÇB) yaradılıb və ölçmələr üzrə elm sahəsində beynəlxalq əməkdaşlığın əsasları və onun sənayedə, ticarətdə, cəmiyyətin mənafeyi naminə praktiki tətbiqi mexanizmləri işlənib hazırlanıb. Metrik Konvensiya bütün ölkələrdə elmi-texniki tərəqqiyə təsir edib. Məhz bu sənəddən sonra ölçmələrin metrik sistemi və beynəlxalq vahidlər sistemi tətbiq edilmiş və onun əsasında Beynəlxalq Ölçmələr Sistemi yaradılıb.


Metrik Konvensiyanın ən başlıca məqsədi olan ölçmələrin vəhdətinin bütün ölkələrdə təmin edilməsi bu gün də çox vacib məsələdir.


Müasir cəmiyyətin bütün həyat və fəaliyyət istiqamətləri - səhiyyə, ekologiya, müdafiə və təhlükəsizlik, ən yeni elm həcmli texnologiyaların inkişafı və tətbiqi, energetika, ticarət və s. ölçmələrin dəqiqliyindən, vəhdətindən və doğruluğundan asılıdır. Dünya ticarətinin qloballaşdırılması, malların beynəlxalq səviyyəli birgə istehsalı, əhalinin sağlamlığı və təhlükəsizliyi naminə artan qayğı, ətraf mühit problemləri və s. müasir mərhələdə ölçmələrin vəhdətinin təmin edilməsi tələblərini beynəlxalq səviyyədə daha da gücləndirir.


Müəyyən edilmiş metroloji norma və qaydalara riayət edilməsi bu gün Azərbaycan dövlətinin diqqətində olan ən vacib məsələlərdəndir. Çünki yalnız ölçmələrin düzgün nəticələri məhsulun keyfiyyətinə və təhlükəsizliyinə, tibbi diaqnostikanın səmərəliliyinə təminat verir, ədalətli ticarətə və ətraf mühitin təmizliyinə imkan yaradır. Azərbaycanın mərhum prezidenti Heydər Əliyev tərəfindən 13 iyun 2000-ci ildə təsdiq olunmuş "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" qanun bu sahənin prioritet istiqamətlərini müəyyənləşdirib və metrologiyanın inkişafına ciddi təkan olub.


Bu sahədə daha ciddi məsələlərdən biri isə etalon laboratoriyalarının yaradılmasıdır. Azərbaycanda etalon bazasının genişləndirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi etalon istehsalı ilə məşğul olan "Fluke", "Neolab", "DHİ", "WIKA", "METTLER TOLEDO" kimi dünyanın tanınmış şirkətlərindən elektrik, təzyiq, kütlə, özüllülük və sıxlıq kəmiyyət vahidləri üzrə etalon cihazları alınıb quraşdırılıb. Milli Metrologiya Mərkəzinin etalon bazasında spesifik xüsusiyyətləri ilə fərqlənən "Vaxt və Tezlik" etalon kompleksi də artıq işlək hala gətirilib. Etalonların alim-saxlayıcı funksiyalarını həyata keçirən mütəxəssislər müvafiq təlimlər keçiblər. Hazırda kəmiyyət vahidlərinin dövlət etalonları laboratoriyalarının beynəlxalq metroloji təşkilatlar tərəfindən tanınması məqsədilə işlər aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня