Rusiya MN sülhməramlıların olduğu ərazi ilə bağlı xəritəyə düzəliş edib - FOTO

Rusiya MN sülhməramlıların olduğu ərazi ilə bağlı xəritəyə düzəliş edib - FOTO

Rusiya Müdafiə Nazirliyi Dağlıq Qarabağda sülhməramlı qüvvələrin nəzarətində olan ərazilərin əks olunduğu xəritəyə yenidən baxıb.

SİA-nın verdiyi məlumata görə, nazirliyin rəsmi saytında Sülhməramlı Qüvvələrin nəzarətində olan ərazilərin əks olunduğu xəritəyə düzəliş edilib.

14 dekabr 2020-ci il tarixli başlıqla yerləşdirilən xəritədə Cəbrayıl rayonunun ərazisinə daxil olan iki kəndin yenidən Azərbaycan qoşunlarının nəzarətində olan ərazilər kimi göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə