"Paşinyanla yalnız istefa müzakirəsi şərtilə görüşərəm" Artur Vanesyan
“Vətən” partiyasının sədri Artur Vanesyan "Mənim addımım" fraksiyasının deputatları ilə dialoqa hazırdır. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu şəxsən Artur Vanesyan özü deyib.
“Mən öz adımdan və “Vətən” partiyası adından danışıram. Fraksiya deputatlarından və ya parlamentin sədrindən təklif alınarsa, təklifi qəbul edərəm və ölkəmizin gələcəyindən danışacağam”, deyə “Vətən” partiyasının sədri söyləyib.
Artur Vanesyan “Mənim addımım” fraksiyasının baş nazirliyə başqa bir namizədinin ola biləcəyinə razı olub-olmadığı şərhinə, “Xeyr, mən belə bir açıqlama vermədim”, cavabını verib.
Nikol Paşinyana gəlincə, Artur Vanesyan onunla yalnız bir məsələni, istefa məsələsi şərtlərini müzakirə etmək üçün görüşə biləcəyini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB