“Azərbaycan Respublikasında yeni siyasi konfiqurasiyanın formalaşması” FOTOLAR
Dekabrın 12-də Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyasının "Azərbaycan Respublikasında yeni siyasi konfiqurasiyanın formalaşması" mövzusunda videokonfrans formatında növbəti kursu keçirilib. SİA-nın verdiyi məlumata görə əvvəlcə kursun rəhbəri, Milli Məclisin deputatı Elman Nəsirov mövzu haqqında fikirlərini bildirib.
Daha sonra Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Ziyafət Əsgərov "Azərbaycan Respublikasında yeni siyasi konfiqurasiyanın formalaşması" mövzusunda çıxış edib. Z.Əsgərov qeyd edib ki, VI çağırış Milli Məclisin ilk iclasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə yeni siyasi konfiqurasiya ilə fikirlərini ifadə edib.
Z.Əsgərovun sözlərinə görə, ölkəmizdə yeni siyasi konfiqurasiyanın formalaşması siyasi münasibətlərin və dialoqun inkişafında mühüm rol oynayır. Məhz bunun nəticəsidir ki, Azərbaycanda siyasi partiyalar arasında da dialoq güclənir, onların əməkdaşlığı genişlənir və ümummilli məsələlərdə vahid mövqedən çıxış edirlər. Biz 44 günlük Vətən müharibəsinin gedişi zamanı bunu müşahidə etdik.
Z.Əsgərovun fikrincə, bu amil həmçinin ölkəmizdə milli birliyimizin və həmrəyliyimizin güclənməsində, demokratik inkişaf proseslərində mühüm rol oynayır.
Sonra kurs iştirakçılarının sualları cavablandırılıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB