Vüsar İsmayılov: “Qalib ölkənin vətəndaşı olmaq gözəl hisslərdi”
“Noyabrın 10-da hamımız "Dəmir Yumruq" əməliyyatı adı ilə keçirilən Vətən Müharibəsində əldə etdiyimiz qələbəyə həsr olunmuş, möhtəşəm ZƏFƏR paradını Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin və qardaş Türkiyə Respublikasının Prezidenti, cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Azadlıq” meydanında qürurla izlədik”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədr müavini Vüsar İsmayılov deyib.
Onun sözlərinə görə, insanlar sevinc göz yaşları ilə, həyacanla tariximizin o şərəfli anlarına şahidlik etdilər: “Qalib ölkənin vətəndaşı olmaq və bu cür iftixar, sevinc hissinə sahib olmağın tamını biz də dada bildik İLAHİ! Nə gözəl hisslərdi... Allah bu xöşbəxtliyi xalqımıza çox görməsin. Amin! Bu qeyri-adi yaşantıları, misilsiz xoş duyğuları, xalqımıza bəxş edən cənab Ali Baş Komandanımız İlham Əliyevə, qüdrətli Azərbaycan ordusuna, qanını, canını bu torpağa fəda edən şəhidlərimizin ruhuna, qəhrəman qazilərimizə minnətdarıq. Allah zəfərlərimizi əbədi eləsin! Amin!”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB