Orduya dəstək verən ermənilər pullarını geri tələb edir "Hraparak" qəzeti yazır

Orduya dəstək verən ermənilər pullarını geri tələb edir "Hraparak" qəzeti yazır

“Müharibə zamanı Hayastan Ümumerməni Fonduna pul köçürən bəzi ermənilər köçürmələr etdiklərinə görə çox təəssüfləndiklərini bildirir və pullarını geri tələb edirlər. SİA Ermənistana məxsus hayeli.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazır.

Qəzet yazır ki, bir çox insan pullarını geri tələb etsələr də, bu vəsaitləri qaytarmaq üçün mexanizm belə yoxdur. Nəşrin yazdığına görə, insanlar köçürdükləri vəsaitlərin ordu və müharibə ilə əlaqədar olaraq xərclənmədiyi, kənara qoyulduğu və hətta mənimsənildiyi qənaətindədirlər. Mətbuat orqanının məlumatına əsasən, ermənilərin bəziləri onlara vəsait köçürmələri barədə saxta qaimələr verildiyini bildirirlər.

Göründüyü kimi, Ermənistan daha bir maddi sıxntı ilə qarşılaşıb. Bu işğalçı ölkədə köçürmə edən insanların pullarının qaytarılması üçün nəinki mexanizm, heç vəsait belə yoxdur. Məğlubiyyət acısını yaşayan ermənilərin tələbləri başadüşüləndir və köçürdükləri vəsaitləri də tələb etdikləri günün reallığıdır. Amma, hər sahədə itgilər verən, büdcəsi tamamilə böşalan, ümumiyyətlə, borclarla borclanan işğalçı ölkə hansısa vəsaitin qaytarılması iqtidarında deyil və bu da ondan xəbər verir ki, növbəti narazılıq dalğası əmələ gəlib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə