“Ermənistanda siyasi sistem xəstə olaraq da qalır” Edmon Marukyan
Partiyalar haqqında qanun heç nəyi sabitləşdirmir, bunun siyasi sistemin sabitləşməsi ilə heç bir əlaqəsi yoxdur. SİA Ermənistana məxsus aysor.am saytında yayımanan məlumata istinadən xəbər verir ki, "Parlaq Ermənistan" fraksiyasının rəhbəri Edmon Marukyan parlament iclasında belə deyib.
“Eyni fraqmentin bir parçasının bəzi iki nöqtəsini dəyişdirmək istəyirik. Bu, sadəcə sadəlövhlükdür. Partiyalar haqqında hansı qanundan söhbət gedir? Partiyalar haqqında qanun nəyi dəyişə bilər? Siyasi sistemi necə inkişaf etdirəcəksiniz? Pullamı? Yaxud, birini qəhrəman, birini də xain etməkləmi?
Ermənistanın siyasi sistemi xəstə olduğu kimi, hələ də xəstə olaraq qalır. Ölkədə xəstə bir siyasi sistem var və bu xəstə sistemlə erkən seçkilərə gedirik. Bizə elə gəlir ki, bu qanunu dəyişdirsək, seçkilər ədalətli olacaq”, deyə Edmon Marukyan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB