Ararat vilayətinin qubernatoru Qarik Sarkisyan istefa ərizəsini 8 dekabr tarixində təqdim edib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Yerevan.Today” informasiya yayıb.
“Bu, nəşrin mənbəyinə görə, Nazirlər Kabinetinin kosmetik dəyişiklikləri kontekstində edilib. Onu hakim "Mənim addımım" blokundan olan millət vəkili Sedrak Tevonyanın atası, 90-cı illərdə, sparapet Vazgen Sarkisyanın himayəsi altında olan bir içki istehsalı zavodunun sahibi Razmik Tevoyan əvəz edəcək.
Nəşrin bu barədə suallarına Nazirlər Kabinetində heç kim cavab verməyib. Amma, Razmik Tevanyanın özü jurnalistlərlə söhbətində təyinatı ilə bağlı yayılan xəbərləri inkar da etməyib. Əvvəlcə nə olacağını bilmədiyini, sonra məşğul olduğunu və danışa bilmədiyini söyləyib.
Yeri gəlmişkən, artıq dünən o təyinatı ilə əlaqədar olaraq hökumətyönlü dairələrlə görüşlər keçirib”, deyə nəşr qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB