Xankəndinə göndərilən humanitar yük Gəncə aeroportuna çatdırıldı FOTOLAR
Azərbaycan Respublikası ilə müvafiq razılıq əsasında Rusiya Federasiyası tərəfindən Xankəndiyə çatdırılması məqsədilə göndərilən humanitar yük dekabrın 6-da Gəncə beynəlxalq hava limanına çatdırılıb. SİA-nın verdiyi məlumata görə, humanitar yardım müəyyən edilmiş Gəncə-Bərdə-Ağdam-Xankəndi marşrutu üzrə avtomobil yolu ilə yola düşüb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB