“Müharibədən qaça bilsəydiniz, bunu 2016-cı ildə edərdiz” Nikol Paşinyan

"Aprel müharibəsi, Ermənistan hakimiyyətinin əraziləri təslim etməsinə dair şifahi vədi ilə dayandırıldı". SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan xalqa videomüraciəti zamanı, özü və hökumətinin müharibədən yayına bilməməsi ilə bağlı ittihamlara cavab olaraq deyib.

Baş nazir Qarabağda müharibənin qarşısını ala bilməməsi ilə bağlı ittihamlara cavab verib və münaqişənin bəzi təfərrüatlarını da açıqlayıb. O, xüsusilə vurğulayıb ki, Ermənistan hakimiyyəti əraziləri Azərbaycana təslim etməsinə dair şifahi vədi əsasında 2016-cı ilin aprel müharibəsini dayandırdı.

“Müharibədən qaça bilsəydiniz, bunu 2016-cı ildə edərdiniz. Bunu edə bilmədiniz. Ərazilərin təslim olmasına şifahi razılığınızı verməklə müharibəni dayandıra bildiniz. Niyə eyni şeyi biz edə bilmədik? Bizə Ermənistanın artıq bir neçə dəfə verdiyi vədləri verdiyini və yerinə yetirmədiyini söylədiklərinə görə, söhbət müstəsna bir şərtlə təyin edilə bilər”, deyə baş nazir bildirib.

Paşinyan imzalanan sənədlə müharibəni lap əvvəldən dayandırmağın mümkün olduğunu etiraf edib və onu da diqqətə çatdırıb ki, bu barədə parlamentin tribunasından müharibəni hansı şərtlərlə dayandıra biləcəyini bildirdiyində, açıq çıxışlar olmayıb və bu şərtlərə razılıq verilməyib.

“İndi məlum oldu ki, guya hamısı 5 + 2 formatında ərazilərin təslim edilməsinin tərəfdarıdır. Amma, belə olsaydı, 2016-cı ildə, 2017-ci ildə bunu edərdilər, müharibənin də qarşısı alınardı. Mən də problemi həll edərdim. Xüsusilə Aprel müharibəsindən sonra bütün nüansları hamısı bilirdilər. Sadəcə, müzakirə edilməli olan bir təklif idi və Ermənistan bu seçimə razı olduqda, Şuşa, Laçın və sair olmaqla, Bakı daha çox şey tələb edəcəkdi”, dedi Paşinyan özünə bəraət qazandırmağa çalışıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə