Türkiyəni müharibəyə qoşmaq cəhdimiz alınmadı - Köçəryan

Ermənistanın sabiq prezidenti Robert Koçaryan verdiyi son açıqlama ilə maraqlı müzakirələrə yol açıb. SİA xəbər verir ki, sabiq dövlət başçısının Türkiyə ilə bağlı söylədiyi fikirlər diqqətdən kənarda qalmayıb.

Ermənistanın təcavüzü nəticəsində sentyabrın 27-də başlayan müharibənin nəticələrini təhlil edən Koçaryan təkcə hərbi deyil, həm də diplomatik cəbhədə məğlub olduqlarını dilə gətirib. Koçaryan jurnalistlərlə söhbət zamanı qeyd edib ki, Ermənistan danışıqlara mane olub. Hətta Türkiyəni birbaşa müharibəyə qoşmağa çalışıb, lakin buna nail ola bilməyib: "Ermənistan etdikləri ilə Azərbaycana beynəlxalq legitimlik qazandırdı".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə