Azərbaycan Ermənistana elə bir dərs verdi ki... - AÇIQLAMA

"Biz bilirdik ki, müharibə itkisiz olmayacaq. Amma bizim şəhidlərimizin qanı yerdə qalmadı. 44 günlük müharibədə biz 30 ilə yaxın gözlədiyimiz qələbəni qazandıq. Azərbaycan xalqı qürurla deyə biləcək ki, bütün şəhidlərimizin ruhu şad olacaq. Ona görə ki, biz qalibik. Biz qalib ölkənin qalib vətəndaşlarıyıq. Biz şəhidlərimizi daim anacağıq, yaralılarımızın qayğısına qalıb, onlara qarşş diqqətli davranacağıq. Vətən uğrundan keçilən bu şərəfli günləri ruh yüksəkliyi qarşılayacağıq". SİA xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət dəstəyi şurasının üzvü, politoloq Rufiz Qonaqov deyib.

Politoloq bildirib ki, artıq Azərbaycan Ordusu, diplomatiyası torpaqların azadlığı uğrunda əldə etdiyi qələbənin üçüncü mərhələsini yaşayır: "Regionda sülhməramlı qüvvələrin olması ilə bağlı mövcud məhdudiyyətlər və ermənilərin ərazilərimizdə qalması ilə əlaqədar ortaya çıxan şübhəli ehtimallara ehtiyac yoxdur. Çünki biz 44 günlük müharibədə işğal altında qalan ərazilərimizi azad etmişik. Xankəndi, Xocavənd, Xocalı, Ağdərə və digər rayonlarımız da Azərbaycanın dövlət sərhədləri, suverenliyi daxilindədir. Narahatlıq yalnız ermənilərlə birgə yaşayışla bağlı ola bilər. Burda hər hansı statusdan söz gedə bilməz. Kim Azərbaycan qanunlarına hörmətlə yanaşacaqsa, o da Qarabağda Azərbaycan vətəndaşı olaraq yaşaya biləcək".

R.Qonaqov vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi artıq mövcud deyil: "Biz müvəqqəti olaraq Laçından ermənilərə karidor vermişik. Qarabağda erməni silahlı qüvvələri qala bilməz. Əgər Prezident deyirsə ki, müharibəyə son qoyuldu, demək ki, heç bir şübhəyə də ehtiyac yoxdur. Artıq köçkünlərimizin qayıdışı təmin olunmalıdır. Rayonlarımız bərpa olunub, əhali geriyə qayıdandan sonra bu şübhələr də aradan qalxacaq. Ermənistan bu müharibədə elə bir zərbə aldı ki, uzun zaman özünə gələ bilməyəcək. Azərbaycan üçün həm də müsbət hal odur ki, Türkiyə Ordusu monotorinq qrupunda var və bu da bizə narahat olmağa əsas vermir. Eyni zamanda Azərbaycan Ordusu kifayət qədər güclüdür və özünün suvereniyini qorumaq iqtidarındadır. Ona görə də burda heç bir şübhəyə ehtiyac yoxdur".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...