Erməni vandalizmi Donatella Roveranın qeydlərində

Amnesty International təşkilatının böhran üzrə baş məsləhətçisi Donatella Rovera özünün tvitter hesabından Ermənistanın 30 il davam edən hərbi təcavüzü, Azərbaycanın öz torpaqlarını azad etməsi üçün başlatdığı Vətən müharibəsi zamanı erməni silahlılarının Azərbaycanın dinc əhalisinə qarşı törətdikləri vandalizm barədə materiallar paylaşıb. SİA həmin paylaşımları təqdim edir:

Nigarın anası mənə dedi: "O, mənim yeganə övladım idi, mənim bütün varlığım idi". Nigar, 15-i doğum günü ərəfəsində qohumları və qonşuları, o cümlədən bir neçə uşaq ilə Ermənistan qüvvələri tərəfindən Gəncəyə 17 oktyabrda atılan ballistik raket nəticəsində öldürüldü".

Daha bir paylaşım Ermənistan silahlı qüvvələrinin Gəncədə dinc əhalini raket atəşinə tutması ilə əlaqədar günahsız insanların qətlə yetirilməsi ilə əlaqədardır.

Donatella Rovera əlavə edib ki, Dağlıq Qarabağın Kəlbəcər bölgəsindəki qəbiristanlıqda, 1993-cü il erməni işğalından əvvəl burada dəfn edilmiş azərbaycanlıların məzarları da dağıdılıb.

Eləcə də, xüsusilə vurğulayıb ki, 27 illik işğaldan sonra Azərbaycan ərazisini tərk edən ermənilər görünən bəzi məzarları yenicə dağıdıblar.

“1993-cü ildə yurdlarını tərk etmək məcburiyyətində qalan azərbaycanlıların evlərində 27 illik işğal dövründən sonra nə bir qapı, nə bir pəncərə, nə də bircə dam örtüyü belə qalmayıb”.

Bütün xəbərlər Facebook səhifəmizdə