Ən vacib tələbat məhsulları bahalaşıb Ermənistanda

Ermənistanda ən çox ehtiyac duyulan, ən vacib tələbat məhsullarının qiymətində artım müşahidə edilir. SİA Ermənistana məxsus hayeli.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti yazır.
Qəzet yazır ki, noyabr ayında oktyabr ayı ilə müqayisədə qida və alkoqolsuz içkilər 2,8% bahalaşıb və buna da əsasən meyvə, süd məhsulları, şəkər, yağ, tərəvəz qiymətlərinin 1,9-20,5% artması səbəb olub.
Nəşrin qeyd etdiyinə görə, məsələn, tərəvəz bazarında inflyasiya 20,5 % idi. Meyvə qiymətləri 1,9 % artıb. Qiymət artımı süd məhsulları, pendir və yumurta bazarlarında müşahidə edilib. Ermənistan Respublikasının Statistika Komitəsinə görə, bu bazarlarda inflyasiya 2 % idi. Məsələn, yumurtaların qiyməti ay ərzində 7,6% artıb, şəkərin qiyməti noyabr ayında oktyabr ayına nisbətən 2% bahalaşıb.
Ermənistan Respublikasının Statistika Komitəsi balıq və dəniz məhsulları bazarlarında inflyasiyanı 0,5% səviyyəsində qeydə alıb.

Xatırladaq ki, ay ərzində alkoqol və tütün qiymətləri 0,4% bahalaşıb. Armlur.am-a bildirildiyi kimi, noyabr ayında çörək məhsullarının və dənli bitkilərin qiymətləri oktyabr ayına nisbətən 0,2% artmışdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə