Yaqub Eyyubov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edəcək

Yaqub Eyyubov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edəcək

Sabah Belarusun paytaxtı Minsk şəhərində MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək. SİA-nın rus mətbuatına istinadən verdiyi məlumata görə iclasda azad ticarət zonası haqda saziş layihəsi, atom enerjisinin mülki məqsədlər üçün istifadəsinə dair dövlətlərarası çərçivə proqramı, qlobal maliyyə böhranının fəsadlarının aradan qaldırılması səyləri və dövlətlərarası iqtisadi əməkdaşlığın müxtəlif sahələri ətraflı müzakirə ediləcək.

MDB Hökumət Başçıları Şurasının iclasında Azərbaycanı isə baş nazirin müavini Yaqub Eyyubovun təmsil edəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə