“Xəstəliklə mübarizəyə səfərbər olmalıyıq” ÖZƏL-MÜNASİBƏT

“Koronavirusa yoluxanların sayının gündən-günə artması, sözsüz ki, gücləndirici tədbirlərin görülməsini zərurətə çevirir. Çünki bu qorxunc xəstəliyin qarşısının alınmasında heç bir güzəştə yol vermək və arxayınlaşmaq olmaz.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komissiyasının sədri, millət vəkili Tahir Rzayev deyib.
Komitə sədri qeyd edib ki, maarifləndirmə tədbirlərinin kifayət qədər olmasına baxmayaraq yenə də qoyulan qaydalar insanlar tərəfindən pozulur.
“Deyilənlərə, əyani nümunələrə hərtərəfli əməl edilmir. Hətta xəstə olan bəzi insanlar belə, icazəsiz olaraq ictimai yerlərdə görünür, digərlərini yoluxdurur və buna adi hal kimi baxırlar. Bu, yolverilməzdir və əlbəttə ki, xəstəliyin yayılmasına zəmin yaradır. Belə olan halda, tədbirlər sərtləşdirilməli, məsuliyyətin artırılması mühüm tədbirlər görülməlidir. Əks təqdirdə, əhali daha çətin vəziyyətə düşə və xəstəliyin qarşısının alınması böyük problemlər yarada bilər. Hər bir kəs pandemiyanın törətdiyi çətinlikləri və insan orqanizminə, bəşəriyyətə, vətənimizə vurduğu ziyanı dərindən anlamalı, xəstəliyin aradan qaldırılması üçün öz dəstəyini əsirgəməməlidir. Qarabağ uğrunda döyüşlərdə qalib çıxan xalqımız, xəstəliyə qarşı mübarizədə də qalib olmalıdır. Hər birimiz xəstəliklə mübarizəyə səfərbər olmalıyıq”, deyə Tahir Rzayev bidlirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə