Paşinyan öz komandasına da inanmır? İmpiçment qorxusu

“Nikol Paşinyana eimadsızlıq hər yerdədir, hətta onun komandasında. Ona görə də Paşinyan hərbi vəziyyəti dəyişməkdən imtina edir, belə ki, məhz ondan sonra baş nazirə etimadsızlıq məsələsini qalldırmaq olar”. SİA xəbər verir ki, bu barədə “Hraparak” yazır.

Nəşr qeyd edir ki, əgər o komandasının loyallığına inam bəsləsəydi, artıq hərbi rejimi də dəyişə bilərdi. Ancaq o hesab edir ki, deputat çoxğluğu ona sürpirz edərək, impiçment qərarını verə bilər.

“Bizə dedilər ki, hərbi rejimə aid olan bütün məhdudiyyətlər addım-addım aradan qaldırılacaq”, yazan erməni nəşri qeyd edir ki, artıq mitinqlərin keçirilməsinə və KİV-lərin dərcinə dair məhdudiyyətlər fəaliyyətdə deyil, növbəti addım ölkəni tərk etmək izninin bərpası ilə bağlı olacaq.

“Ancaq hərbi vəziyyət həbrçilərin hərəkəti və digər məqsədlər üçün saxlanılacaq və əsas hədəf baş nazirə etimadsızlıq vorumunun qarşısının alınmasına hesablanıb”, “Hraparak” yazır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə