Bakı şəhər Baş Polis İdarəsinə yeni rəis müavini təyin edilib

Bakı şəhər Baş Polis İdarəsinə yeni rəis müavini təyin edilib

Bakı şəhər Baş Polis İdarəsinin rəisinə yeni müavin təyin edilib. SİA xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Vüqar Ələkbərov Bakı şəhər Baş Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini təyin edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya fakt təsdiqlənib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə