“Azərbaycan artıq sərhədlərinin tam sahibidir” RƏY-ÖZƏL

“Artıq Cənab Prezident Laçının təhvil alınması ilə bağlı xalqa müraciətində də qeyd etdi ki, artıq Qarabağ münaqişəsi bitmişdir, artıq Qarabağ münaqişəsi deyilən bir şey yoxdur. Bununla da Azərbaycanın ərazi bütövlüyü təmin olunmuş və Azərbaycan sərhədləri tamamilə Azərbaycan suverən hüquqları tərkibinə keçmişdir”. Bunu SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, bundan sonra Azərbaycanın sərhədləri çərçivəsində görülən bütün işlər Azərbaycanla razılaşdırılacaq, icazə verdiyi, razılıq duyduğu hissələrdən daxil olunacaq və duyduğu hissələrdən də xaricə çıxacaqlar: “Bu böyük bir qələbədir. Azərbaycan artıq sərhədlərinin tam sahibidir. Bir sözlə, müharibə qalibiyyətlə başa çatmışdır. Məsələnin ikinci bir tərəfi var ki, Azərbaycan diplomatik müstəvidə də çox böyük nailiyyətlər əldə etmişdir. Yəni Rusiya, Türkiyə və dünyanın digər ölkələri ilə uyğun olan məsələlər razılaşdırılmışdır və hər kəs də Azərbaycanın qətiyyətli bu mövqeyinə hörmətlə yanaşır”.

M.Ələsgərli bildirdi ki, Azərbaycan ləyaqətli bir dövlət olaraq özünü təsdiq etdi və özünün sədhədlərinə malikdir: “Rusiya sülhməramlılarının öz missiyyalarını yerinə yetirmək üçün lazım olan ərazilərə keçidləri, qayıdışları ordakı bütün fəaliyyətləri artıq Azərbaycanla razılaşdırılmış şəkildə həyata keçiriləcək. Bu da bir tərəfdən Azərbaycanın həm diplomatik, həm də hərbi sahədə əldə etdiyi uğurların nəticəsidir və Azərbaycana bir layiqli, ləyaqətli dövlət kimi hörmət qoyulmasının bariz nümunəsidir. Artıq ağır günlər geridə qaldı. Bundan sonra nəyin ki, Azərbaycanın sərhədləri çərçivəsində eyni zamanda, regionda baş verən bütün hadisələr Azərbaycanın razılığı, imzası və təklifləri əsasında reallaşdırılacaq. Bu böyük uğurdur, böyük qələbədir, xalqımızı bir daha təbrik edirəm” .

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...