"Hakimiyyət sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı izahat verməlidir" Arman Tatoyan

Vətəndaşları psixoloji sarsıntıda saxlayaraq, onları təhlükədə qoyaraq, cəmiyyəti və xüsusilə sərhəd kəndlərinin sakinlərini qeyri-müəyyənlikdə saxlamaq qəbuledilməzdir. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ombudsman Arman Tatoyan öz Facebook səhifəsində yazırıb.

Ombudsman yazır ki, Ermənistan hakimiyyəti ictimaiyyətə Ermənistanla Azərbaycan arasındakı sərhədlərin necə təyin olunacağını ətraflı izah etməlidir.

“Səlahiyyətli şəxslər, müharibədən sonra Ermənistanın sərhədləri ilə əlaqəli hansı qərarların veriləcəyini izah etməyə, ətraflı izahat verməyə borcludurlar. Bunu özləri üçün xoşagəlməz nəticələrin qarşısını almaq və ya mümkün xalq narazılığını zəiflətmək üçün etməməlidirlər. Nəhayət bunun ölkəmizin təhlükəsizliyi ilə əlaqəli olduğunu başa düşməlidirlər”, deyə Tatoyan öz sosial şəbəkə hesabında qeyd edib.

Onun sözlərinə görə, nəticədə başa düşmək lazımdır ki, söhbət ölkədəki hər bir insanın qorunması, fiziki təhlükəsizliyi və yaşayışından gedir. Cəmiyyəti və xüsusən, sərhəd kəndlərinin sakinlərini qeyri-müəyyənlik, davamlı gərginlikdə saxlamaq, həyəcan verici bir vəziyyət yaratmaq, vətəndaşların əqli bütövlüyünə qəsd etmək mümkün deyil.

"Bunlar dövlətin birbaşa məsuliyyəti, hər bir insana qarşı məsuliyyətdir", deyə Tatoyan vurğulayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə