Düşmən bir neçə istiqamətdə mövqelərimizi atəşə tutub

Düşmən bir neçə istiqamətdə mövqelərimizi atəşə tutub
Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 17-də saat 23.00-dan 23.10-dək və mayın 18-də saat 00.10-dan 00.30-dək Ağdam rayonunun Yusifcanlı və Qaraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 02.18-dən 02.24-dək Füzuli rayonunun Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 05.20-dən 05.25-dək Tərtər rayonunun Nəmirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə