“Ermənistan hakimiyyəti hələ də yalan danışır” Edmon Marukyan

“Ermənistan hakimiyyəti müharibədən əvvəl də, müharibə zamanı da yalan danışdı və bu günə qədər də yalan danışmağa davam edir.” SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri “Maariflənmiş Ermənistan” partiyasının sədri, parlamentdəki fraksiyasının rəhbəri Edmon Marukyan bunu Ermənistan Hərbi Məclisinin növbədənkənar iclasında "Hərbi vəziyyətin ləğvi haqqında" qanun layihəsinin müzakirəsi zamanı söyləyib.

Partiya sədri xatırladıb ki, müharibə başlamazdan əvvəl də yalanlar eşidildi, müharibə zamanı da, bu gün parlament tribunasından yalanlar eşidilir”.

"Müharibə başladığı zamanda, 27 sentyabrda parlamentin fövqəladə iclası zamanı Paşinyan dedi ki, Dağlıq Qarabağı muxtar bölgə kimi qəbul etməyə razı olsaq, o zaman müharibəni dayandırıb bu məsələni həll edə bilərik", deyə o xatırladıb.

Xatırladaq ki, Ermənistanın baş naziri müharibə başlamazdan əvvəl heç bir siyasi qüvvə ilə bu mövzuda müzakirələr aparmayıb.

Edmon Marukyanın sözlərinə görə, iyul toqquşmaları zamanı onlara elə bir hərbi potensiala sahib olduları barədə bildirilib ki, guya onları məğlub etmək mümkün deyil. O, həmçinin 30 mart 2019-cu il tarixində Müdafiə naziri David Tonoyanın dediklərinə də diqqət çəkib və onun, "yeni müharibə yeni ərazilər deməkdir" fikrini də xatırladaraq, bunun da aldadıcı olduğunu diqqətə çatdırıb.

Partiya sədrinin sözlərinə görə, müharibədən sonra məlum olub ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibənin üçüncü günü Paşinyana müharibəni davam etdirə bilməyəcəklərini bildirib, amma baş nazir bu mövzuda da heç bir müzakirə aparmayıb. O, 11 oktyabr tarixində parlamentdə narahatlıqlarını Paşinyana bildirdikləri zaman da Paşinyanın konkret planlar təqdim etmədiyini, əksinə, mübarizəyə çağırdığını diqqətə çatdırıb.

“Baş nazirdən müharibədə gələcək planlar barədə soruşulduqda, o partizan müharibəsi planlaşdırıldığı cavabını verib. Təsəvvür edin ki, 21-ci əsrdə ali baş komandanın cavabı budur”, deyə Edmon Marukyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə