Hikmət Babaoğlu: \"Azərbaycan mətbuatının inkişaf tarixində tərəqqi üçün indiki kimi münbit şərait olmayıb\" - SəsTV (Debat)
SəsTV-nin bugünkü qonaqları "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, filolofiya elmlər doktoru, professor, əməkdar jurnalist Qulu Məhərrəmli və "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəylidir. - Bu gün biz ölkəmizdə mətbuatın durumu, aparılan islahatlar, görülən işlər və problemlər barədə danışacağıq. Hikmət müəllim, Azərbaycan jurnalistikasının peşəkarlıq səviyyəsini 10 ballıq şkala ilə qiymətləndirsək hansı qiyməti vermək olar? Hikmət Babaoğlu: - Belə hesab edirəm ki, 10 ballıq şkala ilə qiymətləndirmək bir qədər tezdir. Çünki peşəkarlıq dediyimiz kriteriyalara Azərbaycanda mətbuatın inkişafını birmənalı şəkildə onun intellektual, keyfiyyət göstəriciləri və bunların hamısı daxildir. İntellektual səviyyəni ayrı qiymətləndirmək mümkündür. Informasiyada isə bunun fəallığını, operativliyini başqa balla qiymətləndirə bilərik. Hesab edirəm ki, ümumi inkişaf səviyyəsi konkret olaraq 8-9 bal arasındadır, əlbəttə ki, Azərbaycan mətbuat nümayəndələrinə bir qədər də avans var. Mətbuat üçün yaradılmış tarixi şərait qələm sahibləri üçün göydən düşmə bir fürsətdir. Sadəcə, düşünürəm ki, bunu qiymətləndirmək lazımdır, . Bu gün Azərbaycan mətbuatı həm dövlət, həm ictimai qayğı ilə, həm də mətubuat işçilərinin özlərinin bir-birinə xoş münasibəti ilə seçilir. Ona görə də bu, bizim üçün münbit bir şəraitdir. Azərbaycan mətbuatının inkişaf tarixində tərəqqi üçün indiki kimi münbit şərait olmayıb və biz buna layiq olmaq üçün özümüz üzərində daha çox işləməliyik. Hesab edirəm ki, Azərbaycan mətbuatı bu qədər qayğının əhatəsində bu gün öz inkişafının \"qızıl dövr\"ünü yaşayır. Mətbuat, jurnalisika peşəsi əslində mücahidlikdir, bir davadır. Jurnalistika rahat, insana maddi rifah bəxş edən bir peşə deyil, jurnalistika sədəcə fədakarlıq tələb edən unikal bir peşədir. Həddindən artıq istedad, yorulmazlıq və interval baxımından insanı istismar edən bir peşədir. Çətin və şərəfli yol olsa da jurnalistika sənətinin dərin qatlarında xalqa xidmət, vətəndaşlıq borcu var. Bu kriteriyalarla jurnalistikaya yaxınlaşsaq, onu nə qədər şərəfli bir peşə olduğunu görərik. Bütünlüklə Azərbaycan mətbuatı bu gün inkişaf edir, professionallıq artır, əvvəlki dövrlədə mətbuatda müşahidə etmədiyimiz janrlar meydana çıxır. Ola bilər ki, həmkarlarımız buna etiraz etsin. Tutaq ki, hələ bunlar janr kimi inkişaf etməyib, püxtələşməyib, onları geniş qiymətıəndirmək olmaz. Amma qeyd edim ki, bu tendensiyalar , rüşeymlər, inkişaf var. Azərbaycan mətbuatı bu gün böyük informasiya qarşısında milli maraqları geniş mənada müdafiə edəcək intelektual bir gücə sahibdir. Azərbaycan mətbuatı bu gün informasiya idxal edən deyil, ixrac edən bir mərkləzə çevrilməkdədir. Hesab edirəm ki, Azərbaycanda yaradılan yeni agentliklər, jurnallar bunların hamısı ayrılıqda bir göstəricidir və qiymətləndirmə də bu nöqteyi nəzərdən olmalıdır. - Televiziyalarda bayağı, zövqləri korlayan, tamaşaçıları qane etməyən verilişlərin yayımlanması danılmaz faktdır. Hətta Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin bununla bağlı müvafiq məqaləsi də işıq üzü görüb. Bütün bunlardan sonra çatışmazlıqların aradan qaldırılması mümkündürmü? Qulu Məhərrəmli: - İlk öncə jurnalistlərin qiymətləndiirlməsi ilə bağlı sualı cavablandırmaq istərdim. Bu gün Azərbaycan jurnalistkasını təxminən 3+ qiymətləndirərdim. Niyə? Bəlkə ayrı-ayrı şakalalar üzrə yüksək ballar yazmaq olar, maddi-texniki bazanın genişlənməsi, rəngli qəzetə keçid, peşəkar kadrların artması və digər sahələrdə uğurlarımız var. Amma bütövlükdə jurnalistika cəmiyyətdə öz missiyasını necə yerinə yetirir? Bu baxımdan mən ona çox aşağı qiymət verərdim. Biz jurnalistika dedikdə şübhəsiz ki, birinci növbədə onun missiyasına, ictimai mahiyyətinə çıxış etməliyik ki, bu gün jurnalistika cəmiyyətdə nəyə lazımdır? Yəni o gerçəkdənmi sırf təbliğat və ya piar işi aparmalıdır, yoxsa cəmiyyəti məlumatlandırmalıdır? Müəyyən dərəcədə hadisələri qiymətləndirməli, şərhlər verməlidir. Bax, bu aspektdən yanaşanda bizim ciddi problemlərimiz var. O ki qaldı verilişlərlə bağlı suala, çox təəssüf ki, bu bizim yaralı yerimizdir. Bu gün Azərbaycan televiziyaları çox təəssüf ki, Azərbaycan tamaşaçısının marağını təmin edə bilmir. Onun zövqünə əlavə heç bir estetik dəyərlərlə xidmət etmir, bu da təbii ki, bizim auditoriyada çox böyük narazılıq yaradır. Adı çəkdiymizi məqalə ilə bağlı əlbəttə, bir vaxt çox ciddi canlanma yarandı, televiziyalarda yeni verilişlər, layihələr meydana çıxdı, bəziləri sıradan çıxarıldı. Amma çox təəssüf ki, bu bir kampaniya xarakteri daşıdı və sonradan həmin verilişlər bərpa olundu. Çox təəssüf ki, bugün biz Azərbaycan televiziya məkanının şəklini dəqiq cıza bilməmişik. Bu gün televiziyaların əksəriyyəti ən aşağısı formal cəhətdən hüquqi cəhətdən azaddırlar, yayım proqramını sərbəst müəyyənləşdirə bilirlər, informasiya ilə bağlı şübhəsiz ki, ciddi problemlıər var. Həm informasiya aldıqda, həm də prüalist informasiyanı verməkdə ciddi problemləri var. Bizim televiziyaların rəhbərləri lazımi məsuliyyəti dərk etmir, ictimai qınağa lazımınca əhəmiyyət vermir və nəticədə ortaya dediyimiz bu cür problemlər çıxır. - Bu problemin həlli mümükündürmü? - Əlbəttə, bütün problemlərin həlli mümkündür. Bunun üçün ilk növbədə istəmək lazımdır. Televizyada peşəkarlıq lazımdır, o peşəkarlığı sevir. Televiziya jurnalistikası mətbuatdan fərqli olaraq burada sintetizm daha güclüdür. Yəni, burada həm müəyyən texnologiya, texnika tətbiq olunur, üstəgəl müəyyən dərəcədə, xüsusən ictimai siyasi proqramları nəzərdə tuturam ki, müəyyən bir siyasi çalar var. Bunlar nəzərə alınmalıdır. Bunları məharətlə birləşdirib tamaşaçını və ya televiziyadan tələb edən digər qurumları qane etməklə yaxşı verilişlər hazırlamaq olar. Probelemin həlli peşəkarlıqdadır. Televizya ekranlarında prüolizmin genişləndirilməsidır. Televiziyalara elə gəlir ki, əks fikir sanki onlar üçün uçurumdur. Bir fikir olması, alternativ fikrin, prüolizmin olmaması bizim televiziyaların ən böyük problemidir. Bu da verilişlərə mənfi təsir edir. Azərbaycan televiziyasının bu gün auditoriyasının ən aktiv hissəsi evdar qadınlardır. Nəzərə almaq lazımdır ki, informasiya mənbələri artır, informasiya kanalları genişlənir, böyük bir zolaq yaranır. Ona görə də biz bunları nəzərə almalıyıq ki, hansı texnologiyalardan, metodlardan istifadə edək ki, tamaşaçıları daha çox cəlb edək. Yəni, bunun da çox sadə bir resepti var ki, yaxşı proqram hazırlanmalıdır. Bunun da kokret şərtləri var ki, buna da əməl etməliyik. Problem peşəkarlıqda, azadlığın genişləndirilməsi prüalizmin bir tərz kimi qəbul olunmasındadır. - Diffamasiya haqqında qanunun müzakirə ilə bağlı ATƏT-lə Azərbaycan arasında dəyirmi masa təşkil olundu və müzakirələr aparıldı. Bunu Azərbaycanda söz və mətbuat azadlığına verilən yüksək qiymətin təzühürü kimi hesab etmək olarmı? Elçin Mirzəbəyli: –Təbii ki, olar. Diffamasiyanı müdafiə haqqında qanun layihəsinin müzakirəyə çıxarılması uzun müddətdir ki, aparılan danışıqlara, müzakirələrə nöqtə qoyur. Bu problemin artıq faktiki olaraq həll edilmiş hesab etmək olar. Amma diffamasiya haqqında qanunun qəbulu ilə bütün problemlərin çözülməsini düşünmək sadəlövlük olardı. Bütünlükdə cəmiyyətin, medianın özü bu problemnin həllinə hazır olmaldır. Eyni zamanda, Azərbaycan mətbuatı da kifayət qədər ciddi hüquqi bazası var. Bu günə qədər qəbul olunan qanunlar və digər sənədlər kifayət qədər beynəlxalq praktikaya istinadən qəbul olunub. KİV-in azad şəkildə fəaliyyət göstərməsi üçün hüquqi baza yaradır. Bununla yanaşı həm jurnalistlərin problemlərindən, qeyri-peşəkarlıqdan, ayrı-ayrı qütblərin siyasi, iqtisadi maraqlarından irəli gələn fəaliyyətdə həmişə göz qabağımnda olub. Qəbul olunmuş qanunların doğurduğu hüquqi baza bu problemlərin həllinə yardım göstərməyib. Deməli, problemin kökü bütün Azərbaycan cəmniyyətinin buna hazır olmamasındadır. - \"Evrovision\"da və digər sahələrdə Azərbaycan təmsilçilərinin birincilik əldə etmələri bu qələbələr seriyasının Qarabağ savaşında da davam etdiriləcəyi anlamına gəlirmi, sizcə qələbə xəbərinə çoxmu qalıb? Hikmət Babaoğlu: - \"Evrovision\" Azərbaycanın ictimai, iqtisadi, musiqi, mədəni həyatında, ümumiyyətlə, Azərbaycanın təbliği baxımında böyük bir hadisədir. Buna geniş spektrdən baxmaq lazımdır. Bu il 56-cı mahnı müsabiqəsi keçirildi və bu müddət ərzində ora qatılan elə ölkələr var ki, indiyədək heç bir yer tutmayıblar. Ancaq Azərbaycan 4-cu dəfə qatıldıqdan sonra bu nəticəni əldə etdi. Bu, Azərbaycan dövlətinin, prezidentinin Azərbaycan mədəniyyətinə qayğısı, onun inkişafı üçün yaratdığı münbit şəraitin doğurduğu nəticədir. Bu yeni yetişən nəslin intelektual, müsiqi və digər parametrlədə əldə etdiyi qazancının bir növ nümayişidir. Hesab edirəm ki, bu bizim musiqi, mədəniyyət tariximizdə şanlı səhifədir. Əlbəttə ki, bizim xalq qələbə arzulayır və buna çox böyük ehtiyacımız var. Mübariz İbrahimovun Azırbaycan xalqına bəxş etdiyi epizodik qələbə bizi hərbi, psixoloji böhrandan xilas etdi. Diplomatik sahədə Azərbaycan dövlətinin informasiya sahəsində əldə etdiyi nailiyyətlər bizi yenə də o qələbəyə sövq edir. Heç təsadüfi deyil ki, bir neçə gün öncə Ermıənistanın müdaiə naziri deyib ki, biz mədənikyyət və informaisya müharibəsində Azərbaycana uduzuruq. Bu Azərbaycan diplomatiyasının, Prezidentinin həyata keçirdiyi hücum diplomatiyasının nəticəsi olaraq ortaya çıxdı. Hesab edirəm ki, bütün bunlar bizi Qarabağa doğru bir addım da yaxınlaşdırır. Bütün bunlar nəticə etibarı ilə Azərbaycan xalqının mədəniyyətinin təntənəsinə, o cümlədən Qarabağın azad olunmasına gətirib çıxaraq. Qulu Məhərrəmli: - Azərbaycan gənclərinin sıxılmış enerjisi birdən pükürəndə böyük bir bir qəhrəmanlıq, şücaət nümunəsi göstərir. O mənada \"Evrovisiya\"da Azərbaycan gənclərinin qalib gəlməsi bu mədəniyyət, düşünə, intellektual sahəsində Azərbaycan gəncliyinin gücünü ifadə etdi. Bütün hallarda bu Azərbaycanın bütün dünyaya ciddi bir mesajıdır. Intellektual, bacarıq mesajidir. Azərbaycanın tanınması baxımından çox önəmlidir. Adətən, fubol oyunları zamanı uduşlarda belə hallar olur. Bunlar cəmiyyətin gözləntiləridir. Şübhəsiz ki, Qarabağla bağlı hər hansı bir xəbərə, Azərbaycanın uğurlarına bu cür sevinirik. Həqiqətən həyacanlı anlar yaşadıq. Xüsusən də səsvermənin son anlarında daha çətin oldu. Bizim onlarla emosional bağlılıq var idi və bizim onlarla duyğu-düçüncələrimizin ifadəsi idi. Qarabağla bağlı məsələ isə, bizim Ermənistanla müqayisədə çox böyük uğurlarımız var. Inkişaf var, bunu heç cür danmaq olmaz. Hər kəs də düşünməlidir ki, hansısa addımla bu millətə, xalqa öz faydasını versin. Bu mənada hesab edirəm ki, Eldarın və Nigarın uğurları bütün gəncliyin, Azərbaycan millətinin, dövlətinin böyük uğurudur. Azərbaycanın bu müsabiqədə qalib gəlməsi ölkə üçün əlavə təbliğat imkanları açdı. Bir il ərzində \"Evrovisiya\"ya hazırlaşan ölkələr Azərbaycanda çıxış edəcəkləri barədə düşünürlər. Bunun üşün Azərbaycan da indidən müəyyən işlərə başlayıb. Bütün hallarda Azərbaycan adı hallanır və şüurlara bir daha höpur ki, bu bizim ölkədə baş verəcək. Elçin Mirzəbəyli: Bütün xəbərlər Facebook səhifəmizdəDigər xəbərlər
Xəbər lenti
Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



