Erməni hüquq müdafiəçis: "Sanki biz ölkəmizi itirməmişik” Avetik İşxanyan

“Noyabrın 10-da imzalanmış kapitulyasiya sənədi bütün erməni xalqının alçaldılmasıdır”. SİA xəbər verir ki, bu barədə özünün “Facebook” səhifəsində erməni hüquq müdafiəçisi Avetik İşxanyan yazıb. O, qeyd edib ki, əgər bu alçalmanın təqsirkarı – baş nazir özünə sui-qəsd etməyibsə, yaxud ən uzağı istefaya getməyibsə, belə görünürdü ki, bütün xalq ona qarşı çıxacaq.

İşxanyan yazıb ki, hələ də Paşinyanın müdafiəçiləri qalmaqdadırlar. “Bu yalnız onun komandası deyil, eləcə də etinasız insanlar da var ki, heç nə olmamış kimi öz gündəlik həyatlarını davam etdirirlər. Sanki biz ölkəmizi itirməmişik”, erməni hüquq müdafiəçisi yazıb.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə