"Millətçilər erməni xalqını öz mənfur nəfsləri naminə uçuruma sürüklədilər" - RƏY

"Ermənilər siyasətdə əbədi dostların deyil, əbədi maraqların olduğunu unutmuşdular. Tarix isə bunu bağışlamır. Kremlə həddən ziyadə güvənən erməni siyasətçiləri sona qədər rusların Qarabağda gedən müharibəyə müdaxilə edəcəklərinə ümid edirdilər. Məhz bu, onları məğlubiyyətə sürükləyən amillərdən biri, bəlkə də birincisi oldu. Erməni xalqını öz mənfur nəfsləri naminə uçuruma sürükləyən boğazdan yuxarı millətcilər "Böyük Ermənistan", "Dənizdən dənizə", yeni ərazilər və yeni müharibələr kimi sərsəm açıqlamaları ilə mənsub olduğumuz bölgəni gec işləyən bir mina halına gətirdiklərinin heç fərqinə də varmırdılar". SİA xəbər verir ki, bunu açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, Alman faşizminin baş ideoloqlarından biri olan Gebbelsin "Böyük Yalan" konsepsiyasından ruhlanan bu başa bəla siyasətçilər pul, para qazanmaq naminə dəridən-qabıqdan çıxır, bu pulu kimin ödəməsindən asılı olmayaraq vassal və satellit rolunda çıxış etməyə hazır olduqlarını bəyan edirdilər: "Əvvəlcə Bizansı, sonra Osmanlını, daha sonra onlara sığınacaq vermiş bizləri satanda da onlar öz amplualarında idilər. Bunu böyük rus şairi Puşkin vaxtında ayırd edib erməninin "qul və oğru" xilqətində olduğunu bildirəndə, rusun digər qüdrətli hökmdarı bu "qul, kölə" xilqətində olan toplumdan istifadə etməyi qərara aldı. Bu səpkili mövqe imperiyaların mahiyyət və maraqlarında həmişə olub. Rusiyanın Yaxın və Orta Şərqə çıxmaq, burada təsir və nüfuz dairələrinə nail olmaq istəyi müxtəlif vasitələrdən istifadə etməyi ehtiva edirdi".

Politoloq bildirib ki, adı çəkilən regionlarda möhkəmlənmək isə güc, siyasət faktorları ilə yanaşı detanator rolunda çıxış edə biləcək amillərin olmasını da zəruri edirdi: "Bu detanator rolunda çıxış etməyə isə erməni millətçilər hazır olduqlarını bəyan etdilər. Beləliklə, lazım gələndə detanator rolunda çıxış etməyə hazır olanlar siyasi qumarda yer almaq naminə öz biçarə xalqlarını da millətçilik zəhəri ilə zəhərləməyi qərara aldılar. Pasiyentin ölümünün qarşısını almaq üçün zəhər əleyhinə peyvəndi də özlərində saxladılar, çünki böyük pullar gətirə biləcək böyük yalan konsepsiyasının daim gündəmdə olması siyasi qumara qoyulmuş xalqın ölümu onlara əl vermirdi. Beləliklə imperiya maraqları naminə detanator rolunda çıxış etməyə hazır olduqlarını bildirən "millətçilər" tarixin sonrakı zaman kəsiklərində də bir sıra geopolitik layihələrin içində yer aldılar. Müxtəlif layihələrdə yer və ya rollar alarkən isə ssenarist, yaxud rejissorların kimlər olması da əsla bu mənfur varlıqları duşundurmurdu. Əsas olanı son məqsəd yox nəticə idi. Çünki, onlara bu rolları təklif edənlər böyük Tolstoyun "Millətçilik əclafların son sığınacağıdır" kəlamını unutmamışdılar. Əksinə, belə bir missiyanın öhdəsindən məhz əclafların gələcəyini gözəl bilirdilər".

Ekspert qeyd edib ki, Rusiyanın dəfələrlə sınaqdan keçirdiyi bu detanatorlardan ötən əsrin sonlarında yankilər istifadə etməyi qərara alanda isə bumeranqın geriyə işləmə mexanizmləri işə düşdü. "Bəli, yankilər erməni millətçiliyindən bu dəfə Rusiyanın ideoloji anlamda olmasa da, imperiya maraqları baxımından varisi sayılan Sovetlər İttifaqı əleyhinə istifadə etməyi qərara aldılar. Bu zaman "qurd ağacı içindən yeyər" təcrübəsi də nəzərə alınmışdı, geosiyasi nəhəngin çökdürülməsi üçün detanatoru onu sarsıda biləcək yerdə yerləşdirmək lazım idi. Burada başlanacaq xəstəlik tez bir zamanda metastaz verməklə nəhəng çökdürməli idi. Detanator üçün yeri isə çox axtarmaq lazım olmadı".

E.Manafov vurğulayıb ki, Yer kürəsinin seysmik zonaları olduğu kimi, Sovetlərin də seysmik zonalarından biri Dağlıq Qarabağ idi: "Beləliklə, imperiyanın çökdürülməsi üçün qurbanlıq rolunda çıxış edəcək bölgə və xalqlar da tapıldı. 30 il gözləməli olduq, dözdük, səbr etdik, geosiyasi xəstəliyin doğurmuş olduğu fəsadları müalicə etmək üçün təcrübəli və səriştəli həkimlərin iştirakı ilə kompleks müalicə apardıq və budur, xəstəliyin bizləri yıxmasına aman vermədik. Ayağa qalxdıq, geosiyasi xəncəri bölgənin kürəyindən təcrübəli və səriştəli həkimlərin əli ilə çıxardıq. Dostlarımız sevindi, düşmənlərimiz qərq oldu, oldumu...??? ABŞ və Fransanın bölgəyə Rusiya sülhməramlılarının göndərilməsindən, Türkiyənin nüfuz və təsir imkanlarının artmasından narazılığı göstərir ki, dünyanı qlobal mahiyyətli xəstəliyə sürükləyən dünənki imperialistlər, bugünkü qloballistlər Mirzə Cəlilin təbirincə desək "bəlkə də qaytardılar" xülyasi ilə hələ də yaşayır və ümid edirlər. Ümid isə sonda ölür".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə