Erməni hərbi tibb işçisi nə dedi? ETİRAZ

Erməni hərbi tibb işçisi nə dedi? ETİRAZ

Erməni həkim Marina Xaçatryan 25 gün cəbhədə olub və döyüş bölgələrində əsgərlərə tibbi yardım göstərib. Lakin o, ötən müddət ərzində hərbçilərin təchizatının sıfır səviyyəsində olduğunu bildirib. SİA xəbər verir ki, bu barədə “Qolos Armenii” rusdilli saytına danışan erməni həkim onu da qeyd edib ki, humanitar yardım məqsədi ilə Ermənistan 50 min yataq torbası alsa da, əsgər və zabitlərə həmin yardımlar çatdırılmayıb.

Digər tibb işçisi – Anait Ohanyan isə noyabrın 18-də keçirilmiş etiraz aksiyasındakı çıxışına görə hakimiyyət tərəfindən təqibə məruz qalıb. O, eyni zamanda, Qarabağ müharibəsində öldürülmüş mayor Makrtıç Ohanyanın anasıdır. Onun sözlərinə görə, hakimiyyəti sərt tənqidə məruz qoyduqdan sonra hər gün izlənilməkdədir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə