Rusiyanın xarici işlər naziri Bakıda jurnalistlərin suallarını cavablandırıb
Noyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat qarşısında çıxış edib və jurnalistlərin suallarını cavablandırıb.
SİA "AZƏRTAC"a istinadən Rusiyanın xarici işlər nazirinin çıxışını və suallara cavablarını təqdim edir.
-Biz Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevlə danışıqları başa çatdırdıq. Danışıqlar bizim idarələrarası nümayəndə heyəti formatında keçdi. Sonra məhdud tərkibdə əlavə məsləhətləşmələr aparıldı. Əsas nəticə belədir: noyabrın 9-da Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə edilmiş razılaşmalar, qan tökülməsini dayandırmış, Dağlıq Qarabağ ətrafında vəziyyətin uzunmüddətli nizamlanması üçün təməl yaratmış razılaşmanın aktuallığı və alternativsizliyi tamamilə təsdiqləndi. Bu gün Azərbaycan Prezidenti həmin birgə üçtərəfli Bəyanatın bütün elementlərinin ardıcıl və vicdanlı şəkildə yerinə yetirilməsinin zəruriliyinə xüsusi diqqət ayırdı. Biz buna şərait yaradacaq, Azərbaycan və erməni tərəfləri ilə birlikdə həyata keçirəcəyimiz bir sıra konkret istiqamətləri müzakirə etdik. Başqa istiqamətlər arasında biz BMT sisteminə daxil olan beynəlxalq təşkilatların, Beynəlxalq Qırmızı Xaç Komitəsinin rusiyalı sülhməramlılarla, humanitar müşahidə mərkəzi ilə birgə çalışaraq humanitar problemlərin həllinə fəal cəlb edilməsində maraqlıyıq. Bu işin daha səmərəli olması barədə Azərbaycan Prezidentinin konkret təklifləri var və bu gün biz onları maraqla müzakirə etdik, bu istiqamətdə bundan sonra da birgə işləyəcəyik. Lakin bütövlükdə ikitərəfli münasibətlərə dair problemlərlə əlaqədar bizim strateji tərəfdaşlığımızın durmadan intensiv inkişafını vurğuladıq, qayıdandan sonra, koronavirus infeksiyası ilə bağlı vəziyyət imkan verən kimi əyani tədbirlər keçirilməsi üzrə konkret addımlar nəzərdə tutduq. Hökumətlərarası komissiya, regionlararası forum, Bakı humanitar forumu, gənclərin təşəbbüsləri üzrə forum da keçiriləcək. İkitərəfli qarşılıqlı əlaqələrin inkişafı üçün bizim çox zəngin vasitələrimiz var. Əlbəttə, biz bundan sonra da onlardan fəal istifadə edəcəyik. Beynəlxalq təşkilatlarda, BMT-də, ATƏT-də əməkdaşlığımızı müzakirə etdik, orada əsas məsələlərin əksəriyyəti üzrə bizim mövqelərimiz üst-üstə düşür. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də, beş Xəzəryanı ölkənin qarşılıqlı fəaliyyəti çərçivəsində də birgə layihələrimiz var. Buna görə də danışıqların yekunlarını çox müsbət hesab edirik, onlar Prezidentə məruzə etməyə imkan verəcək ki, idarələrarası nümayəndə heyətinin Ermənistana və Azərbaycana səfəri barədə onun tapşırığı yerinə yetirilib. İndi biz yekun vuracaq, öz rəyimizi məruzə edəcəyik. Ümidvaram ki, bu rəy bizim əlaqələrin inkişafına dair əlavə qərarların əsasını təşkil edəcək. Bir-iki suala cavab verməyə hazıram.
-Çox sağ olun, Sergey Viktoroviç. “Kommersant” qəzeti. Rusiyanın xüsusi xidmət orqanları bir qədər əvvəl xəbərdarlıq ediblər ki, ABŞ və onun NATO üzrə müttəfiqləri 9 noyabr tarixli razılaşmaları pozmağa və Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa çalışırlar. Siz bu məsələni burada, Bakıda və Yerevanda öz tərəfdaşlarınızla müzakirə etmisinizmi? Onlar sizə nə deyiblər və bu məsələ sizin Moskvada Minsk qrupunun həmsədrləri ilə görüşünüzdə qaldırılıbmı?
-Bizim burada, Bakıda bugünkü danışıqlarımızın əvvəlində Azərbaycan Prezidenti ümumi şəkildə qeyd etdi ki, noyabrın 9-da əldə edilmiş razılaşmalar heç də hamının xoşuna gəlmir. Sizin indicə xatırlatdığınız kimi, biz də qeyd edirik ki, bu razılaşmaları şübhə altına almaq cəhdləri var, lakin mənim fikrimcə, bu cəhdlər baş tutmayacaq. Birincisi ona görə ki, ATƏT-in Minsk qrupunun həmsədrləri, yəni Rusiya, Fransa və Birləşmiş Ştatlar Dağlıq Qarabağ probleminin məhz hazırda 9 noyabr tarixli üçtərəfli birgə Bəyanatın inkişaf etdirilməsi və həyata keçirilməsi şəklində maddiləşən prinsiplər əsasında nizamlanmasının zəruriliyini dəfələrlə vurğulayıblar. İkincisi, əlbəttə, biz bunu daim vurğulayırıq, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərinin, bizim fransalı və amerikalı həmkarlarımızın Moskvaya səfəri zamanı xatırlatmışıq ki, hər hansı başqa münaqişə kimi, bu münaqişə barəsində də, ilk növbədə, düşünmək lazımdır ki, insanlar qanlı müharibələrdə ölməsinlər, həlak olmasınlar, dinc həyat nizamlansın və dinlər, mədəniyyətlər yanaşı mövcud olsunlar, müxtəlif etnik və konfessional qrupları təmsil edən insanlar birlikdə, sülh və təhlükəsizlik şəraitində yaşasınlar. Əgər bunu əsas götürsək, onda 9 noyabr tarixli razılaşmaları mənfi mənada interpretasiya etməyə və ya onları şübhə altına almağa az da olsa imkan verə biləcək heç bir səbəb görmürəm. Lakin ilk yerə geosiyasi ambisiyalar qoyulsa, onda biz burada heç nə edə bilmərik. Ancaq biz belə cəhdləri qətiyyətlə rədd edəcəyik və qüvvələrimizi bu regionda yaşayan xalqların əsas mənafelərinə cavab verən razılaşmaların reallaşdırılması üzərində cəmləşdirəcəyik.
-Cənab Lavrov, üçtərəfli Bəyanatda regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması nəzərdə tutulur. Sizin fikrinizcə, Bəyanatın həmin bəndinin reallaşması gələcəkdə region ölkələrinin iqtisadi əməkdaşlığının genişlənməsinə necə töhfə verə bilər?
-Mən hesab edirəm ki, bu, əsas bəndlərdən biridir, bu gün bu barədə çox ətraflı danışdıq. Azərbaycan Prezidenti səmimiyyətlə buna tərəfdardır ki, nəqliyyat, iqtisadi, infrastruktur kommunikasiyalarının açılması ilə bağlı yaranan imkanlar və layihələr mümkün qədər tezliklə reallaşsın. Bu regionda həyati əhəmiyyətli marşrutlar, o cümlədən Şimal-Cənub, Şərq-Qərb marşrutları kəsişir. Yeri gəlmişkən, həmin marşrutlarda Azərbaycanın və Ermənistanın qonşuları olan Türkiyə və İran tərəfləri də iştirak edir. Həqiqətən, burada təqribən 30 il mövcud olmuş bütün məhdudiyyətlər götürüləndə çox gözəl perspektivlər yaranacaq. Bu gün biz bu barədə ətraflı danışdıq. Bütün bu əlaqələrin qurulması region iqtisadiyyatına yeni həyat verəcək, bu da yəqin ki, hər hansı məhdudiyyətlərdən azad olacaq insanların həyat şəraitinin tezliklə təmin edilməsi məsələsinə uyğun olacaq, konfessiyalararası, etnoslararası sülhün bərqərar olması üçün ən mühüm maddi ilkin şərt olacaq. Beləliklə, bu, həqiqətən ən yaxın perspektivdə bizim işimizin əsas istiqamətlərindən biridir.
-Siz dediniz ki, bir sıra məsələlər barədə Azərbaycan tərəfi ilə sizin mövqeyiniz tamamilə üst-üstə düşür. Xahiş edirəm deyin, bu nizamlamada konkret olaraq Rusiyanın rolu barədə danışsaq, prinsip etibarilə bu halda da mövqelər tamamilə üst-üstə düşürmü? Bu gün Türkiyə amili nə dərəcədə müzakirə edilib? Hansısa yenilik varmı? Türkiyənin təsirinin, məsələn, Rusiyanı sıxışdıra bilməsi barədə müəyyən ehtimal varmı?
- Prezident Putin 17 noyabr tarixli müsahibəsində bu mövzuda çox ətraflı fikir söyləyib. Türkiyə bu regionda real amildir. Yeri gəlmişkən, təkcə bu regionda deyil, o cümlədən bu regionda. Türkiyə bir çox istiqamətlərdə bizim tərəfdaşımızdır və əlbəttə, suveren Ermənistan özünün xarici siyasət tərəfdaşlarını seçdiyi kimi, suveren Azərbaycan da özünün xarici siyasət tərəfdaşlarını seçmək hüququna malikdir. Buna görə də siyasi məharət yəqin ondan ibarətdir ki, hər hansı təşəbbüslər irəli sürülərkən, bu və ya digər regionda vəziyyətə real təsir göstərən bütün amillər tam həcmdə nəzərə alınsın. Prezident Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri ilə birlikdə keçirilən sürəkli, gərgin danışıqların uğuru da ümumiyyətlə desək, çox cəhətdən danışıqların bütün iştirakçılarının söylədikləri, onların rəhbər tutduqları qiymətləndirmələrin reallığı ilə şərtlənmişdi. Bildiyiniz kimi, Türkiyə tərəfi ilə bizim Azərbaycan tərəfindən də dəstəklənmiş prinsipial razılaşmamız var ki, Azərbaycan ərazisində Rusiya-Türkiyə monitorinq mərkəzi yaradılsın. Bu mərkəz Dağlıq Qarabağda və onun ətrafında atəşkəs rejiminə əməl olunmasını distant şəkildə, texniki vasitələrin köməyi ilə izləyəcək. Bu əlavə amil barışığın davamlılığını təmin etməyə imkan verəcək. Əlbəttə, bu məsələdə rusiyalı sülhməramlılar mühüm rol oynayacaqlar.
-Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin birgə Bəyanatı imzalanıb. Siz bu sənədin əhəmiyyətini necə qiymətləndirirsiniz?
-Bu sənəd təxminən 30 il ərzində dondurulmuş münaqişədən sonra bu regionda nəhayət ki, sülhün bərqərar olması üçün əsasdır. Sənəd bu regionun həm azərbaycanlı, həm də erməni əhalisinin mənafelərinə tamamilə uyğundur və buna yönəlib ki, hazırda yaranmış real şərtlər gerçəkləşsin, bu şərtlərin reallaşması həmişə burada yaşamış insanların yenidən birgə yaşamalarına, etnik mənşəyindən, dini əqidələrindən asılı olmayaraq, sülh və təhlükəsizlik şəraitində yanaşı yaşamalarına imkan verəcək. Ən başlıcası budur. Sağ olun.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



