Qələbələrin partiyası – Yeni Azərbaycan Partiyası - MÖVQE ÖZƏL

"Yeni Azərbaycan Partiyası yarandığı gündən cəmiyyətimizdə böyük nüfuza sahib olan partiya olmuşdur. Ulu öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası, xalqımızın və ölkəmizin həyatını kökündən dəyişdirib, eyni zamanda, siyasi mübarizələrlə dolu, şərəfli bir yol keçib. İqtidar partiyası olaraq, Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasətinin daim yenilikçi qüvvəsi kimi xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verib və bundan sonra da verəcək. Öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu artıq 28 ildir ki, gündən-günə daha da möhkəmləndirməkdədir". Bunu SİA-ya açıqlamasında YAP Biləsuvar rayon təşkilatı Gənclər Birliyinin sədri Aqşin Bağırov deyib.

Onun sözlərinə görə, Azərbaycan reallığı onu göstərir ki, Ulu öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, ən monolit siyasi təşkilatdır və ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək digər partiya mövcud deyil: "Azərbaycan Respublikasının Prezidenti, partiyamızın sədri İlham Əliyevin vurğuladığı kimi, artıq Yeni Azərbaycan Partiyası Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsidir. Yeni Azərbaycan Partiyası bütün situasiya və məqamlarda ardıcıl və məqsədyönlü şəkildə dövlətçilik, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyində dayanıb, xalqımızın arzularının təcəssümü, yekdil iradəsinin ifadəçisi kimi çıxış edir".

Gənc siyasətçi bildirib ki, bu gün müstəqil Azərbaycanda Heydər Əliyev missiyası şərəflə, məsuliyyətlə, fədakarlıqla davam etdirilən, nəticəsi misilsiz nailiyyətlər olan alternativsiz siyasi kursla müşayiət olunur: "Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bir çox sahələrdə uğurlar qazanıb. Bu gün Azərbaycanın tərəqqisi dünyanın hər bir güşəsindən görünür. Bu həqiqətin əsasını cənab İlham Əliyevin xalqın rifahı naminə həyata keçirdiyi uğurlu və ardıcıl siyasət təşkil edir. Azərbaycan xalqı öz Prezidentnin ətrafında sıx birləşib. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə daha da artmaqdadır. Bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına Azərbaycan cəmiyyətində olan dərin inamdan və ehtramdan irəli gəlir. Yeni Azərbaycan Partiyası möhkəm birliyi, sosial bazası və yüksək intellekti olan bir siyasi təşkilat olmaqla Azərbaycan gəncliyinin diqqətini daha çox cəlb edir".

A.Bağırov vurğulayıb ki, bu amillər Partiyamızın yarandığı zamandan qatıldığı bütün seçkilərdə qazandığı qələbələri şərtləndirir: "Bu gün YAP iqtidar partiyası olaraq cənab sədrimiz Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağ müharibəsində qazanılmış qələbəmizin həm memarı, həm də birbaşa iştirakçısıdır. Qarabağda qazanılan qələbə iqtidar partiyası kimi həm də YAP-ın qələbəsidir. Biz inanırıq və əminik ki, Azərbaycan dövlətinin bundan sonrakı uğurlarının səbəbkarı da qırılmaz iradə ilə birləşmiş xalqın partiyası olan YAP-ın adı ilə bağlı olacaqdır".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...