Aygün Attar: “Türkiyə və Azərbaycanın iki böyük liderinə qarşı çıxarılan qərarlar təsirsiz olacaq” SƏRT REAKSİYA

Aygün Attar: “Türkiyə və Azərbaycanın iki böyük liderinə qarşı çıxarılan qərarlar təsirsiz olacaq” SƏRT REAKSİYA

Hollandiya parlamentinin Azərbaycan əleyhinə qərar çıxarmaq cəhdinə ən sərt reaksiyalardan biri də Türkiyədə verilməkdədir. SİA xəbər verir ki, Türkiyə-Azərbaycan Dostluq, İşbirliyi və Dəstək Vəqfinin başqanı, professor,. Doktor Aygün Attar sözügedən mövzu ilə bağlı qardaş ölkənin “Sabah” nəşrinə danışıb.

“İslamofobiya çirkin üzünü bir daha göstərdi. Türkiyə və Azərbaycanın iki böyük liderinə qarşı çıxarılan qərarlar təsirsiz olacaq”, deyə qeyd edən Aygün Attar bildirib ki, Hollandiya parlamentinin siyasi olaraq motivizasiya etdiyi birtərəfli iddiaları, çağırışları nəticəsiz qalacaq.

"Ermənistanın təcavüzkar siyasəti mülki vətəndaşlara qarşı qəddar hücumlarla sübuta yetirilib"

Xanım başqan buna bir sıra əsaslar gətirib və bildirib ki, parlament qərarı ucuz və uğursuzdur. Belə ki, Azərbaycan öz torpaqlarına sahiblik edir, son 30 ildə bir milyondan çox qaçqın Azərbaycan vətəndaşının ağrı-acıları unudulmamalıdır, İşğalçı erməni terrorçuları və Ermənistanın təcavüzkar siyasəti mülki vətəndaşlara qarşı qəddar hücumlarla sübuta yetirilib, beynəlxalq hüquq Türkiyə və Azərbaycan xalqının gözündə təsirsizdir və s.

Aygün Attar qeyd edib ki, Dağlıq Qarabağ müharibəsində cərəyan edən son hadisələr dünya tərəfindən yaxından izlənildi.

"Türkiyə və Azərbaycana qarşı irqçi düşmənçiliyə yönəlmiş çağırışlar kimin haqlı, kimin isə haqsız olduğunu dəyişdirməyəcək"

“Ermənistan və çirkin savaş günahlarının dəstəkçiləri yaxında beynəlxalq hüquqa uyğun olaraq, cəza məhkəmələrində bu davranışlarının qanuni nəticələri ilə üzləşəcəklər”, deyən Türkiyə-Azərbaycan Dostluq, İşbirliyi və Dəstək Vəqfinin başqanı xatırladıb ki, hazırkı zamanda belə qərarlara səs verən deputatlar sabah müharibə cinayətlərinə və insanlığa qarşı törədilən əməllərə ortaq sayılacaqlar.

“Türkiyə və Azərbaycana qarşı irqçi düşmənçiliyə yönəlmiş çağırışlar kimin haqlı, kimin isə haqsız olduğunu dəyişdirməyəcək”, Aygün Attar vurğulayıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə