“Şanlı qələbəni bizlərə yaşadan Ali Baş Komandan oldu” RƏY-ÖZƏL
“Ermənilərin sentyabrın 27 də təxribatına qarşı Azərbaycan ordusunun əks hücum əməliyyatı nəticəsində işğal olunmuş torpaqlarımız 44 gün ərzində işğalçılardan təmizləndi”. Bunu “Səs” qəzetinə açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.
Onun sözlərinə görə, bu əməliyyata rəhbərlik edən Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi, sərkərdəlik qabiliyyəti torpaqlarımızın işğaldan azad olunmasında müstəsna rol oynadı: “Cənab Komandan öz imzası ilə bu işğala son qoydu və ermənilərin hərbi siyasi rəhbərliyini məğlub etdi. 27 sentyabr təxribatına qədər də ermənilər və onların "demokratik" faşist hakimiyyəti Azərbaycana qarşı bir çox təxribat xarakterli hərəkətlərə yol verir, danışıqlar prosesini pozurdular. Bu təxribatlar iyul hadisələri, yuxarı Qarabağda qanunsuz seçkilər və Şuşada qondarma and içmə mərasiminin təşkili, Paşinyanın Cəbrayıl rayonuna yol çəkməsi və s. erməni həyasızlığı ilə müşahidə olunurdu. Nəhayət növbəti təxribata Azərbaycan ordusu layiqli cavab verərək erməni həyasızlığına son dedi və erməniləri bütün dünyanın qarşısında rüsvay və rəzil bir vəziyyətə saldı. Bu şanlı tarixi bizlərə yaşadan rəşadətli Azərbaycan ordusu və onun qəhrəmanlıq dastanı yazan Komandanı İlham Əliyev oldu”.
Anar Xəlilov bildirdi ki, işğaldan azad olunmuş torpaqlarımıza onun fatehi İlham Əliyevin səfəri gözlənilən idi: “Ali Baş Komandan İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə işğaldan azad olunan Füzuli və Cəbrayıl rayonuna səfər etdi və dünya ictimaiyyətinə öz qüdrətli qələbəsini bir daha bəyan etdi. Eyni zamanda, Paşinyanın Cəbrayıla təxribat xarakterli yol planının puç olduğunu və yolun onun əsil sahibləri tərəfindən artıq çəkilməyə başladığını bəyan etdi. Xüsusilə Baş komandanın öz xanımı ilə tarixi abidəmiz olan Xudafərin körpülərini ziyarət etməsi düşmənlərimizə sözün əsl mənasında yaxşı bir dərs və dağ idi. Cənab Prezident səfər zamanı Füzulidən qeyrət qalamız Şuşaya yeni yolun çəkilişini elan etdi. Çox yəqin ki, Komandanımızın və birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın növbəti möhtəşəm səfəri Şuşaya olacaqdır. Bu səfər isə erməni faşizminin rüsvayçı məğlubiyyətinin bir daha dünyaya bəyan edilməsi olacaqdır. Prezidentin işğaldan azad olunan torpaqlarımıza səfəri eyni zamanda erməni vandalizminin dünyaya bəyan edilməsi ilə də yadda qaldı. Mehriban xanımın videoya aldığı kadrlarda Cənab Prezident ermənilərin işğalda qalan yaşayış məskənlərimizi necə vəhşicəsinə dağıdılmasını göstərərək bu barbarlığı dünyaya bəyan etməsinin şahidi olduq. Cənab Prezident bu vəhşiliyə görə erməni faşistlərinin mütləq cavab verəcəklərini bəyan etdi. Azərbaycan xalqı prezidentin torpaqlarımızı azad etdiyi kimi, vəhşilərin törətdikləri əməllərə görə də cəzalandıracağına tam əmindir. Xalq Ali Baş Komandanına inanır və bundan sonra atdığı hər addıma görə Onun yanındadır və dəstəkçisidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB