"Ermənistan Baş naziri Nikol Paşinyan 15 maddədən ibarət yeni bir plan irəli sürüb və altı ay vaxt istəyib. İki il müddətində ölkədə daxili siyasi-iqtisadi və sosial proqramları reallaşdıra bilməyən altı ay ərzində müharibədə uduzmuş və ordusu dağılmış bir vəziyyətdə ölkəni inkişafa aparmaq qeyri-mümkündür". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, N.Paşinyan öz hakimiyyətini qorumaq və bu aylar ərzində möhkəmlətməyə çalışacaq: "Onun real bir iş görəcəyi mümkün deyil. Burada Qarabağın statusu və Minsk qrupu çərçivəsində danışıqlara qayıtmaq bəndi var. Paşinyan bununla göstərmək istəyir ki, o Qarabağın statusundan geri çəkilməyib və bu istiqamətdə "uğura" imza atacaq. İlk növbədə, Qarabağın statusunu qabartmaqla, yeni bir böhranı tətikləyir. Ümumiyyətlə, Minsk qrupuna qayıtmaq Azərbaycan üçün maraqlı deyil. Çünki Azərbaycan Prezidenti Qarabağa statusun olmayacağını vurğulayıb. Belə olan təqdirdə N.Paşinyanın növbəti açıqlaması və bu məsələni plana daxil etməsi, iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqların və kommunikasiyaların açılmasının qarşısını ala bilər. Putinin verdiyi açıqlamalarına gəldikdə isə, Qarabağın statusu ilə bağlı müzakirələrin gündəmə gəlməsi Azərbaycanın razılığı olmadan baş tutmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB