Rusiya XİN Qarabağa statusun verilməyəcəyini bəyan etdi FAKT

Rusiya XİN Qarabağa statusun verilməyəcəyini bəyan etdi FAKT

“Moskva hesab edir ki, Bakının Dağlıq Qarabağa xüsusi status verməsindən imtina etməsi regionda yeni münaqişə dalğasının yaranmasına təhrik etmir”. SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası XİN-nin müavini Andrey Rudenko bildirib.

“Biz bunun yeni dalğaya səbəb olacağını hesab etmirik”, deyən Rudenko jurnalistlərin Dağlıq Qarabağın statusunun həll edilməsinin təxmini vaxtının nə zaman olacağı barədə verdikləri suallarına da mənfi cavab verib.

“Müddət yoxdur, xeyr”, deyə qeyd edən Rudenko status məsələsi çox həssas bir məsələdir.

Xatırladaq ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev də çoxsaylı çıxışlarında Qarabağın statusunun olmayacağı barədə qəti bəyanatlarını verib və heç bir status barədə danışıqların olmayacağını vurğulayıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə