Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan xalqını birincilik münasibətilə təbrik edib

Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan xalqını birincilik münasibətilə təbrik edib

Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan xalqını "Eurovision-2011" mahnı müsabiqəsindəki qələbə münasibətilə təbrik edib. SİA-nın məlumatına görə, Parlamentin bugünki iclasında giriş sözü ilə çıxış edən spiker bildirib ki, 2 gün ərzində 8 milyon insan internetdə Azərbaycan haqqında axtarış verib. Onun sözlərinə görə, bu qalibiyyət ölkəyə olan marağı daha da artırıb.
Deputat Azay Quliyev də "Eurovision" qələbəsi münasibətilə təbriklərini çatdırıb. O, çıxışında Avropa Parlamentininin Azərbaycan haqqında son bəyanatına münasibət bildirirək, bunu qeyri-obyektiv adlandırıb və qurumu qərəzli olmaqda ittiham edib. Daha sonra cari məsələlər müzakirə olunmağa başlayıb.

Qeyd edək ki, bugünkü iclasın gündəliyinə 22 məsələ təklif edilib. Bunlar "Azərbaycan Respublikası Hökuməti və Argentina Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında, "Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Nazirlər Şurası arasında diplomatik və xidməti pasportlara malik olan şəxslər üçün vizaların ləğv edilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında, "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında, Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli 928 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında, Azərbaycan Respublikasının 1995-ci il 10 yanvar tarixli 947 nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında, Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə, "İcra məmurları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanununun layihəsi haqqında. Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə, Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə və Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə məsələlərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə