XİN Paşinyanı təkzib etdi - Zöhrab Mnatsakanyan vəzifəsindən azad edildi
Ermənistan hökumətinin daxilində fikir ayrılıqları güclənməyə başlayıb.
Erməni KİV-lərinin verdiyi məlumata görə, Xarici İşlər Nazirliyi baş nazir Nikol Paşinyanın Şuşa ilə bağlı fikirlərini təkzib edib.
Qeyd edək ki, N.Paşinyan Ermənistanın qarşısında Şuşa şəhərinin və Dağlıq Qarabağ ətrafında yeddi rayonun Azərbaycana verilməsi, əks təqdirdə müharibənin başlayacağı barədə seçimin olduğunu demişdi.
Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan isə bildirib ki, heç bir variantda Ermənistanın Şuşanı verməsi təklifi mövcud olmayıb.
Eyni zamanda, erməni mətbuatında xarici işlər naziri Zöhrab Mnatsakanyanın istefa verməsi məlumatı verilib. Ermənistan baş naziri Nikol Paşinyan Zöhrab Mnatsakanyanın istefasını qəbul edib.
X X X
15.55
Nikol Paşinyan, Xarici İşlər naziri Zöhrab Mnatsakanyanı vəzifəsindən azad edib.
Bu barədə erməni KİV-ləri xəbər verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB