“Xain öz ətrafında birləşməyə çağırır" Ruben Melikyan

“Xain öz ətrafında birləşməyə çağırır" Ruben Melikyan

Öz ölkəsini, xalqını fəlakətə sürükləyən xain, hamını ətrafında birləşməyə çağırır. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri hüquq müdafiəçisi, qondarma rejimin keçmiş ombudsmanı Ruben Melikyan özünün Facebook səhifəsində yazıb.
Məlumatda qeyd olunur ki, Nikol Paşinyanın son mesajı ilə bağlı hüquq müdafiəçisi bir yazı paylaşıb.
“Bu, bütün dünya tarixində heç vaxt olmayıb. Öz ölkəsini, xalqını ağlasığmaz fəlakətə gətirən bir xain, ətrafında birləşməyə səsləyir. Bu, nədir ...", deyə Ruben Melikyan özünün sosial şəbəkə hesabında yazır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə