Ermənistanın paytaxtı Yerevan şəhərində Baş nazir Nikol Paşinyanın istefası tələbilə keçirilən aksiyaya görə həbslər kütləvi xarakter alıb. Gecə saatlarında Ermənistanda siyasi həbslər davam etdirilib. SİA Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, ilk saxlanılanlardan biri "Çiçəklənən Ermənistan" Partiyasının sədri Qaqik Tsarukyan olub. O, dünən İrəvanın Azadlıq meydanından həbs edilib.
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin eks-rəhbəri, "Vətən" partiyasının sədri Artur Vanetsyan, parlamentin keçmiş vitse-spikeri Ara Saakyan və eks-prezident Serj Sarkisyanın başçılıq etdiyi Respublika partiyasının mətbuat katibi Eduard Şarmazanov da saxlanılıb. Bununla yanaşı, aksiyanın təşkilatçısı olan "Daşnaksütyun", "Sosial-Demokratlar" və s. partiyaların rəhbər şəxsləri də saxlanılanlar sırasındadır.
Onların barəsində hərbi vəziyyət dövründə kütləvi aksiya təşkil etmək, polisin tələblərinə tabe olmamaq və s. ittihamlar irəli sürülür.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB