"Gorbagor" dığalar... TƏHLİL

Ermənistan hakimiyyəti bütün ermənilərə nəinki xəyanət etdi, həm də həyasızcasına yalan danışaraq, kütləni aldatdı, bugünkü acınacaqlı günə qoydu. Bu aldatmaların, yalanların, nəticədə xəyanələrin fonunda işğalçı dövlət hər şeyindən məhrum oldu. Canlı qüvvəsinin böyük əksəriyyətini, hərbi texnikasını, silah sursatını, nəticə etibarı ilə, çox böyük həcmdə maddi vəsaitlərini itirən Ermənistan cəmiyyəti nələrdən məhrum olduğunun fərqindədir. Bundan sonra yardımlara belə ümidləri kəsilən ermənilər yaxşı başa düşürlər ki, dünyaya səpələnmiş dığaların nəinki topadıqları vəsaitləri, eləcə də səfərbər etdiklərini puça çıxarmaqla, etibarlarını da itirdilər və deməli, hər şeylərini itirdilər. Məhz bunu başa düşənlərin naləsi bütün Ermənistanı bürüyüb və bu işğalçı ölkə silkələnməkdədir.

Əvvəla, balalarını boş yerə, yəni, özlərinə aid olmayan torpaqlar, eləcə də uğursuz və ağılsız hakimiyyətin axmaq siyasəti uğrunda qurban verən, itirən insanların məğlubiyyət xəbərindən sonra tüstüləri təpələrindən çıxır və bunu da qəbul edə bilməmələri, bu səbəbdən də narazılıqları anlaşılandır. Digər tərəfdən də, aldadılaraq, əsgərlərinin qələbələr qazandığı barədə qulaqları doldurulan, qəflətən də, bir zamanlar qanları bahasına zəbt etdikləri, 30 il də qorumaq üçün külli miqdarda məsrəf edib istehkamlar qurduqları torpaqların əldən getdiyini bilən erməni cəmiyyəti ayağa qalxıb və bu işğalçı ölkə vətəndaş müharibəsi astanasındadır.
İndi Ermənistan vətəndaşları da, bütün dünya erməniləri də düşünürlər ki, Paşinyanın xəyanəti Serj Sarkisyanın əməllərindən daha ciddi və daha ağrılıdır onlar üçün. Yaşadığı yerdən asılı olmayaraq hər bir erməni indi ən çətin günlərini yaşayır. "Maariflənmiş Ermənistan"-ın lideri Edmon Marukyan dünən, prinsipcə, çox kəskin, lakin doğru deyirdi ki, Ermənistan artıq yoxdur. Əslində, kimin qiymətləndirməsindən asılı olmayaraq, bu qədər uzun illər ərzində çürük bir əqidəyə, boş xülyalara görə bütün mövcudluğunu təhlükə altında qoyan, sonda puç olan arzularının fonunda iqtisadiyyatından, inkişafından, geosiyasi mövqeyindən, olmayan nüfuzundan, daxili sabitlikdən belə, ümumiyyətlə, hər şeydən məhrum olan bir dövlətin “yox” olması doğru qiymətləndirmədir.

İndi bütün ermənilər düşünürlər ki, əgər Azərbaycan əsgərləri Şuşanın ətrafında, Kazançesots məbədinin yanında gülümsəyirsə, bu o deməkdir ki, Ermənistan artıq orada deyil və yoxdur. Düşünürlər ki, Ermənistan olmadığı üçün onlar da yoxdurlar. Etiraf da edirlər ki, Ermənistan Müdafiə Nazirliyinin rəsmiləri tərəfindən guya ki, şiddətlə səsləndirilən “Gorbagör” onların hər birinə yönləndirildi.

Ermənistan ictimaiyyəti onların bir millət adlandırmaq hüququndan məhrum edildiyi qənaətindədirlər və zənn edirlər ki, onları məhv ediblər, tapdalayıblar. Minlərlə ölən erməni əsgərlərinin qanının Ermənistan siyasətçiləri tərəfindən batırıldığı fikrində olanlar var və bunlar həddindən artıq çoxdur. Mübarizələrinin boşa çıxdığını, daha doğrusu boş yerə olan mübarizələrinin belə bir sonluqla bitdiyini görən ermənilər şok yaşayırlar və dərk edirlər ki, uydurduqları “Gorbagör” onların özlərinə aid oldu.

Paytaxt Bakıda qalibiyyət səbəbi, münasibəti ilə tüğyan edən görüntülər ermənilərin köksünə dağlar çəkir. Bəli, əllərində Azərbaycan, Türkiyə bayraqları olan insanların qələbə sevincini, coşqusunu ermənilər acı göz yaşları ilə, məğlub durumları ilə seyr edirlər. Paytaxtımızda Azərbaycanın qələbəsi ilə əlaqədar bayram əhval-ruhiyyəsinin fonunda İrəvanda matəm yaşanır sözləri belə, yenə də bu işğalçı ölkədəki vəziyyəti tam təsvir edə bilmir və Ermənistan daha dərin çuxura, quyuya düşdüyü göz önündədir. Vətəndaş müharibəsi astanasında olan bu ölkənin faciəvi durumunu, videogörüntülərdə də təsdiqini tapan, paytaxtındakı etirazçı insan selinin qışqırtılarından, hökumət, eləcə də parlament binasına hücum çəkərək vandallıq, vəhşilik edənlərin hərəkətlərindən aydın görmək olur.

Ermənistan vətəndaşları özlərini və dünyadakı alçalan yerlərini düşünürlər. Yaşadıqları gerçəklik məhz budur. On minlərlə insan haqqında işğalçı ölkədə kimsə düşünməlidir. Əslində, işğal edərək özgə torpaqlarına sahib çıxmaq barədə yox, məhz aldatdıqları və çətin vəziyyətlə üz-üzə qoyduaqları ermənilər barədə düşünməlidirlər. Ermənistan vətəndaşlarının bundan sonrakı taleyi necə olacaq deyə düşünməlidirlər. Hədsiz dərəcədə böyük itgilər verərək yoxsul, hətta rəzil duruma salınan ölkə, vətəndaşlarının sosial problemlərini, necə həll edəcək? Müharibədə ölənlər bir tərəfə, yaralananlar, ələlxüsus əlil olanların sosial təminatı müflis duruma salınan ölkədə hansı vəsaitlər hesabına qarşılanacaq? İşğalçı ölkə bu acınacaqlı vəziyyəti ilə vətəndaşlarına hansı təminatı verə bilər? Ermənistan adında özü səfalət içində olan bir ölkə vətəndaşlarına, ən azından həyat, sığınacaq, iş, sosial təminat verə bilərmi? Baş nazir Paşinyan bu suallara cavab verməli olacağını əvvəlcədən düşünməli idi. Hansısa bunkerdə gizlənəcəyini, hansısa stulun altına girəcəyini dırnaqarası “qürurlu vətəndaşlarını” aldatdığı zaman bilməli idi. Hər şeydə əvvəlki hakimiyyətin günahkar olduğunu deməklə, məsuliyyətdən boyun qaçıran Paşinyan və onun əlaltıları, yumşaq desək, hiyləgərlik edirdilər və düşünürdülər ki, bununla hara qədərsə hakimiyyətlərini davam etdirə bilərlər.

Ermənistanın Müdafiə Nazirliyinin də yalanlarla özünü sığortalamağa çalışdığını işğalçı ölkə hakimiyyəti yaxşı bilirdi axı. Əvvəlcə, Azərbaycan Ordusunun Dağlıq Qarabağın şəhərlərində şəkil çəkdirdikdən sonra qaçdığını deyənlər, “Cəhənnəm dərəsi” barədə uyduranlar, daha sonra da "Gorbagor" əməliyyatından danışanlar Şuşanı əldən verdikdən sonra məğlubiyyətlərini etiraf etməklə, əslində, özlərinin gorbagör olduqlarını boyunlarına aldılar.

İndi də İrəvanın küçələrinə toplaşan, qışqırıq salan, hökumət, parlament binasında vandallıq edən, Paşinyanın xain adlandıran və istefasını tələb edən ermənilər məhz erməni baş nazirinin öz əmri ilə həbs edilir. Müxalifət liderlərinin böyük bir qismi artıq tutulub. Hələ bundan sonra bu həbslərin davam etməyəcəyinə, repressiyaların olmayacağına da kimsə zəmanət verə bilməz. Bu repressiyalar nəticəsində də hələ çox qurbanlar verəcək erməni xalqı. Ermənistan ictimaiyyəti, erməni xalqı, əgər buna xalq demək olarsa, nəinki tənəzzül, məhv olma təhlükəsi ilə üz-üzədir. İndi "Gorbagor" görün kim oldu? Xüsusən, bu adda əməliyyat planı quran Ermənistan Müdafiə Nazirliyi, bu ölkənin hakimiyyəti bu planın öz başlarında çatladığını yaxşı görürlər. Görbagör, görürlər ki, onlar özləridirlər, dığalardır...

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə