30 il sonra torpaqlarımızın işğaldan azad olunmasını dünya azərbaycanlıları dünyanın bir çox ölkələrində qeyd edirlər. Azərbaycanın tarixi qələbəsini Çexiya Respublikasının paytaxtı Praqada avtomobil karteji ilə qeyd edən azərbaycanlı gənclər hər zaman dəstəyini gördüklərini dedikləri Türkiyə Respublikasının Praqadakı fövqaladə və səlahiyyətli səfiri Egemen Bağış-a sürpriz edərək Türkiyə səfirliyinin qarşısında toplaşıblar. Bu barədə SİA-ya Türkiyənin Çexiya Respublikasındakı səfirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, Praqadakı Azərbaycanlı gənclər adından danışan nümayəndə səfir Egemen Bağış-a və Türkiyəyə dəstəkləri üçün təşəkkür etdikdən sonra, nitqinin davamında bildirib ki, cənab Səfir qazanılan qələbə münasibətilə çox xoşbəxtik: "Bizə hər zaman dəstək olub, yanımızda durduğunuz üçün çox təşəkkür edirik. Bizlər də daim sizin və Türkiyənin yanındayıq".
Səfir Egemen Bağış da öz nitqində "Bir millət, iki dövlət" anlayışı içində "Dost deyil, qardaş olduğumuzu" vurğulayıb.
Diplomat "Türkiyənin və Azərbaycanın bölgədəki geosiyasi gücü artıqca bunun bütün Türk mədəniyyətinə təsiri çox böyük olacaq" - deyə vurğulayıb.
.jpg)



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB