“Azərbaycan Prezidenti Paşinyanın səsini birdəfəlik kəsdi" ÖZƏL-MÜNASİBƏT
“Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış anlaşma birmənalı olaraq, Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən bir sənəddir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.
Partiya sədrinin sözlərinə görə, Azərbaycan tarixi Qələbəni döyüş meydanında və Cənab Prezidentin diplomatik anlaşmaları sayəsəndi yaşamağa müvəffəq olmuşdur.
“Sözsüz ki, hər qarış torpaqğımız bizim üçün əzizdir. Amma qeyd etmək gərəkir ki, işğal altında olan Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Şuşanın azad edilməsi Azərbaycan üçün qürur məsələsi idi. Cənab Prezident Şuşasız zəfərimiz yarımçıq olar deyib, Qarabağın göz bəbəyi sayılan Şuşanın da işğaldan qurtarılmasının şad xəbərini bizlərə duyurdu. Bu gün bir hiss var içimizdə, istədiyimiz zaman Qarabağı qarış qarış gəzə biləcəyik. Azərbaycanda artıq qaçqın və məcburi köçkün olmayacaq. Artıq Qondarma Dağlıq Qarabağ Respublikası və fəaliyyətsiz Minsk Qrupu kimi mənasız məsələlərdən danışılmayacaq. Bu isə birmənalı olaraq, dünya ictimaiyyəti qarşısnda Azərbaycanın yeni tarix yazması deməkdir. Ulu Öndərimizin vəsiəti yerinə yetirildi. Şəhidlərimizin ruhu şad oldu. Azərbaycan Respublikasının Prezidenti, Vətən müharibəsinin ən böyük qəhrəmanı, 21-ci əsrdə ağlı və zəkası ilə Azərbaycan tarixinə qələbə və zəfər sözlərini yazmağa müvəffəq olan, dahi sərkərdə Cənab İlham Əliyevdir.
Qətiyyətli iradə sayəsində qazanılan Böyük Uğurun əldə edilməsinin əsas səbəbi iqtisadi gücümüzün, potensialımızı təmin etdi. Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. İqtisadi müstəqilik ordumuzu gücləndirmək üçün imkan yaradıb. Biz bununla yanaşı, Ermənistanın baş nazirinin Ermənistandakı vəziyyət və Ermənistan ordusundakı vəziyyəti görürük. Qarabağdan danışa da bilmir artıq Paşinyan. Azərbaycan Ordusu və Azərbaycan Prezidenti birdəfəlik Paşinyanın səsini kəsdi. İndi o Qarabağdan deyil, ölkədə etirazçılar tərəfindən oğurlanan parfümündn, kompyuterindən, qol sağatından danışır. Başqa heç nə deyə də bilmir. Deyə də bilməyəcək bundan sonra. Azərbaycan Prezidenti onun səsini yaman kəsib...”, deyə Əsli Kazımova bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB