"Nikol xaindir" Nümayişçilər istefa tələb edir

"Nikol xaindir" Nümayişçilər istefa tələb edir

Ermənistan baş naziri Nikol Paşinyandan narazı olan nümayişçilər Ermənistan hökumətinin binasına hücum ediblər. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, etirazçılar hökumət binasının pəncərələri və qapılarını sındırıblar, Paşinyanın ofisindəki lövhəni cırıblar.

Nümayişçilər Paşinyanın xain və xalq düşməni olduğunu deyərək istefasını tələb edirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə