Ermənistan hökumətinin binası qarşısında Paşinyana qarşı etiraz aksiyası keçirilir
Ermənistan hökumət binasının qarşısındakı etiraz mitinqi baş nazir Nikol Paşinyanın Qarabağ müharibəsinə son qoymaq üçün Rusiya prezidenti və Azərbaycan prezidenti ilə ağrılı bir bəyanat imzalaması ilə bağlı bəyanatından sonra başlayıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, etirazçılar erməni xalqını hökumət binasının qarşısına toplaşmağa çağırırlar.
“Nikol xain, xalq düşmənidir”, deyə etirazçılar bəyan edirlər. Hökumət binası polis tərəfindən mühasirəyə alınıb.
Xatırladaq ki, bu gün Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevlə 10 noyabr saat 01: 00-dan başlayaraq Dağlıq Qarabağdakı müharibəyə son qoymaq üçün bir bəyanat imzaladığını elan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB