Şuşanın azad edilməsi Qarabağ döyüşlərində xüsusi yer tutacaq -AÇIQLAMA
"1992-ci ildə Şuşanın gedişi nəticəsində xalqımızın düçar olduğu dərin məyusluq 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi ilə yenidən milli ruhun yüksəliş anına çevrildi. Şuşa təkcə torpaq bütövlüyü yox, bundan daha çox ümumxalq namus və şərəf bütövlüyü məsələmizdir". SİA xəbər verir ki, bunu açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.
Ekspertin sözlərinə görə, özündən sonra doğurduğu böyük tarixi proseslərin miqyası baxımından Kursk döyüşü 2-ci dünya müharibəsinin tarixində hansı yeri tutdusa, Şuşanın azad edilməsi də Böyük Qarabağ müharibəmizin tarixində bənzər yeri tutacaq.
A.Quliyev vurğulayıb ki, Şuşa bir daha heç vaxt antimilli satqınlığın, siyasi fəhmsizliyin, daxili siyasi intriqaların, ümummilli hazırlıqsızlığın, siyasi lidersizliyin, dövlətsizliyin və nəhayət xarici faşist təcavüzlərin qurbanı olmamalıdır və olmayacaq!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB