Prezidentin xalqa müraciəti Türkiyənin televizya kanalları vasitəsilə canlı yayımlanıb

Prezidentin xalqa müraciəti Türkiyənin televizya kanalları vasitəsilə canlı yayımlanıb

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qədim mədəniyyət simvolumuz olan Şuşa şəhərinin erməni işğalından azad olunması barədə xalqımıza müraciəti Türkiyənin aparıcı telekanalları tərəfindən canlı yayımla təqdim olunub. SİA-nın verdiyi məlumata görə, dövlətimizin başçısının tarixi müraciətində yer alan mühüm məqamlar sürətlə Türkiyə kütləvi informasiya vasitələrinin manşet materialına çevrilib. Aparıcı telekanallar tanınmış ekspertlərlə Ali Baş Komandanın müraciətindəki mühüm mesajlar ətrafında şərhlər veriblər. Azərbaycandakı zəfər coşqusu Türkiyə KİV-lərində bayram ovqatlı xəbər olaraq təqdim olunur.

Prezident İlham Əliyevin qətiyyəti, Xalq-Prezident birliyi, müzəffər Ordumuzun döyüş şücaəti bütün Türkiyədə dillər əzbəri olan ifadələr kimi hamımızı qürurlandırır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə