"Danışıqlar prosesində Ermənistan tərəfi sadəcə vaxt udmaq istəyirdi" Prezident
“Bu qələbəni döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yolları da vardır. Bu gün döyüş meydanında biz bunu sübut edirik”. SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində deyib.
“30 ilə yaxındır mənasız danışıqlar heç bir nəticəyə bizi yaxınlaşdırmadı. 30 ilə yaxın əzəli, tarixi torpaqlarımız işğal altında qaldı. Danışıqlar prosesində Ermənistan tərəfi sadəcə vaxt udmaq istəyirdi, sadəcə status-kvonu möhkəmləndirmək, əbədi etmək istəyirdi”, - Prezident vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB