Politoloq: “Gürcüstanla münasibətlərdə qeyri-müəyyənlik baş verir”

Politoloq: “Gürcüstanla münasibətlərdə qeyri-müəyyənlik baş verir”
\"Gürcüstanla münasibətlərdə qeyri-müəyyənlik baş verir. Gürcüstanın Ermənistanla artan münasibətləri və bu münasibətlərdə antiazərbaycan, anti türk elementlər Azərbaycanı narahat etməlidir\". SİA-nın xəbərinə görə, bu sözlər Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu Azərbaycanın regionda qonşu olduğu dövlətlərlə münasibətinə aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, Gürcüstanın müdafıə naziri erməni hərbçilərini Gürcüstanda hərbi təlim keçməyə dəvət etməsi də gözdən yayınmayıb: "Sanki Gürcüstan erməni hərbçilərini Dağlıq Qarabağda döyüşməyə hazırlayır. Gürcüstanın iqtisadi inkişaf naziri V.Kobaliyanın Bakıya səfərini son vaxtlar gürcüstanlı nazirlərin Ermənistana olan səfərlərini neytrallaşdırmaq xarakterli olduğunu düşünmək olardı. V.Kobaliya bir tərəfdən turist bazaları tikmək üçün Azərbaycan investorlarına Gürcüstanda havayı torpaq vəd verdiyi halda, digər tərəfdən Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisini maliyyələşdirmək üçün öz payına əlavə 500 milyon dollar pul istəyir. Bu, nisbətən şübhəli sxemdir. Gürcüstan naziri Azərbaycanda nəqliyyat və iqtisadi inkişaf nazirləri qəbul etdi. Lakin baş nazir və Prezident onu qəbul etmədi. Bu, müstəqil Gürcüstanla müstəqil Azərbaycan arasındakı münasibətlərin formalaşmış ənənəsinə ziddir. Gürcüstanın ədliyyə naziri N.Adeişvilinin Azərbaycana səfəri oxşar ssenari üzrə keçdi. Gürcüstan ərazisində Azərbaycana qarşı dövlət çevrilişinin hazırlandığı barədə məlumat verən rusiyalı politoloq H.Camalın fıkirləri Gürcüstanda ajiotaj yaratdı. Rəsmilər və ekspertlər bunu təkzib etdilər".

\"Rusiya ilə münasibətlər ənənəvi normal dinamikada davam etmişdir. Belə ki, RF xarici işlər naziri Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Moskvada görüşünü təşkil etdi. Yaxın aylarda RF prezidentinin Azərbaycan və Ermənistan prezidentləri ilə görüşünü təşkil edəcəyinin anonsu verildi. Eyni zamanda Bakıda Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə dair konvensiyanın müzakirə edilməsi məqsədilə yaradılmış işçi qrupunun iclası keçirildi və iclasın yekunlarına dair sənəd qəbul edilsə də sənəd ümid üçün əsas yaratmadı\",- deyə Mübariz Əhmədoğlu bildirib. Politoloq deyir ki, Azərbaycan Avropa ölkələrinə təbii qazı özü satacaq. Onun sözlərinə görə, bu iş ilk olaraq Yunanıstandan başlayacaq: \"Belə ki, bu barədə Türkiyə ilə prinsipial razılıq əldə olunub. Müqavilənin hazırlanması prosesi gedir və bu istiqamətdə görməli iş hələ çoxdur\".

İranla rəsmi münasibətlərdə demək olar ki, gərginlik yoxdur, hər şey öz qaydasındadır deyən politoloqun fikrincə, İranın rəsmi nümayəndələri Bakıya, Azərbaycanm rəsmi nümayəndələri isə İrana rəsmi səfərlər edirlər. Onun sözlərinə görə, xüsusən də son zamanlar Azərbaycanın yaralı yeri olan Dağlıq Qarabağa münaqişəsində olan mövqeyi: "İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramin Mehmanpərəstin son bəyanatına toxunmaq istərdim. O, bildirdi ki, İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyində heç bir dəyişiklik olmayıb və İran münaqişənin həllində tərəflərə yardım etməyə hazırdır. Jurnalistlərin İranın Ermənistandakı səfirliyinin Dağlıq Qarabağ münaqişəsinə dair bəyanatı ilə bağlı suallarını cavablandıran Mehmanpərəst həmçinin bildirdi ki, İran Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və beynəlxalq qanunlar çərçivəsində həllinin və danışıqların davam etdirilməsinin tərəfdarıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə