“Ermənistanın əməlləri cinayət və terror üzərində qurulub” ÖZƏL-MÜNASİBƏT
“Ermənistan bu müharibəyə, savaşa başlayandan onun bütün hərəkətləri beynəlxalq qanunların pozulması ilə müşayiət olunur. Ümumiyyətlə, onların Azərbaycanın beynəlxalq aləmdə tanınan torpaqlarını işğal etməsi bir cinayətdir. Yəni başqa torpağa girmələri, işğal etmələri və işğal altında saxlamaları bir cinayətdir. Bundan əlavə müharibəni beynəlxalq konvensiyaların pozulması ilə aparırlar”. Bunu SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.
Onun sözlərinə görə, müharibənin gedişatında hərbi hissələrlə yanaşı mülki əhalinin də hədəfə götürülməsi, atəşə tutulması beynəlxalq konvenisyalarla yolverilməzdir: “Amma Ermənistan buna yol verir. İkincisi, mülki əhalini qadağan olunmuş silahlarla atəşə tutur, bu isə əlavə olaraq konversiyanın pozulması deməkdir. Bir sözlə, elə bir hadisə yoxdur ki, Ermənistan orda hansısa beynəlxalq konvensiyaların, hansısa tələblərini pozmasınlar. Bu təkcə hərbi hadisələrin gedişatına aid deyil. Bildiyiniz kimi, ermənilər azad media üzərinə də basqıya keçirlər. Onların cinayətləri haqqında yazan kütləvi informasiya vasitələrinə hücum edirlər. Yəni jurnalistlərə, hüquq müdafiə təşkilatlarına hücumlar edirlər, bütün bunlar bir daha göstərir ki, Ermənistanın əməlləri bütövlükdə qanunsuzluq, cinayət və terror üzərində qurulub”.
M.Ələsgərli bildirib ki ermənilərin hərəkətləri bir dövlət hərəkəti deyil, bir terror təşkilatının terror qruplaşmasının hərəkətləridir: “Terror hərəkətləri isə bildiyiniz kimi, bütün beynəlxalq qanunlarla yasaqlanır. Məsələ ordadır ki, Azərbaycan ordusu ermənilərə layiqli cavablar verir. Eyni zamanda, ermənilərin dincə əhalini bombalamasını Azərbaycanın Baş Prokurorluğu tərəfindən araşdırılır, sənədləşdirilir, haqqında cinayət işi açılır və onlar beynəlxalq təşkilatlara təqdim olunurlar. Ümid edirik ki, toplanmış bu faktlar nəhayətdə Ermənistana qarşı beynəlxalq məhkəmələrin qərar çıxarması ilə nəticələnəcək. İşimiz haqdır, Ermənistan döyüş bölgəsində, informasiya və diplomatiya savaşında məğlub olduğu kimi, bu məsələdə də məğlub olacaq. Nəhayət bizim torpaqlar azad olunandan sonra onun haqqında bir beynəlxalq məhkəmə başlatırmaq və bütün bu cinayətlərə görə cavab verməyə məcbur etmək mümkün olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB