Roland Kobia: “Ell və Nikkinin ifası Azərbaycanın zəngin mədəniyyət və musiqi ənənələrinə malik olduğunu göstərir”

Roland Kobia: “Ell və Nikkinin ifası Azərbaycanın zəngin mədəniyyət və musiqi ənənələrinə malik olduğunu göstərir”

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia "Eurovision-2011" mahnı müsabiqəsində qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib. SİA-nın xəbərinə görə, R. Kobia təbrik mesajında deyib: "Azərbaycanlı duet Ell və Nikkinin parlaq ifası Avropada milyonlarla insanın qəlbinə təsir etdi və Azərbaycan xalqının zəngin mədəniyyət və musiqi ənənələrinə malik olduğunu bütün dünyaya nümayiş etdirdi. İfaçıları və bütün Azərbaycan xalqını səmimi olaraq təbrik edir və onların sevincinə qoşuluram".

Səfir əmin olduğunu bildirib ki, bu müsabiqənin gələn il Azərbaycanda keçirilməsi ölkədə baş verən pozitiv dəyişiklikləri nümayiş etdirməyə imkan yaradacaq: "Mən əminəm ki, 2012-ci ildə bu tədbirin Bakıda keçirilməsi beynəlxalq ictimaiyyətin diqqətinin ölkəyə cəlb edilməsi baxımından əlamətdar hadisə olacaq. Bu, Azərbaycan cəmiyyətinin qəti və radikal şəkildə müasirləşdiyini dünyaya göstərmək üçün gözəl fürsətdir".

Bütün xəbərlər Facebook səhifəmizdə